Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Qubad İbadoğlu kritik Vaşinqton görüşü haqqında yazır… VİDEO

Qubad İbadoğlu kritik Vaşinqton görüşü haqqında yazır… VİDEO

ABŞ Rutgers Universitetinin professoru Qubad İbadoğlu Vaşinqtondakı görüş haqqında bunları yazıb.

Yazını oxuculara təqdim edirik:

“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edib.

Ceyhun Bayramovla görüş başa çatıb, verilən rəsmi məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparılıb. Ceyhun Bayramov Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

O vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.
Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb”.

Əlavə məlumat veriləcək.

Musavat.com

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …