Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / “QRAND HOSPİTAL”dan uzaq durun – ŞOK MAXİNASİYA İFŞA OLUNDU

“QRAND HOSPİTAL”dan uzaq durun – ŞOK MAXİNASİYA İFŞA OLUNDU

Son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb klinikalarının sayı artmaqdadır. Əksəriyyəti yüksək mənsəbli məmurlara, oliqarxlara aid olan bu tibb müəssisələri ilk vaxtlar insanlarda sevinc hissi doğururdu. Düşünülürdü ki, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız daha öz vətənlərində yüksək keyfiyyətli müalicə alacaqlar. Bu həm də hər il xaricə axıdılan milyonlarla vəsaitin ölkədə qalacağına əsas olmalı idi.

Ancaq çox təəssüf ki, özəl klinikalar ümidləri doğrultmadı. Yenə də hər il minlərlə insanlarımız Azərbaycan səhiyyəsinə etibar etməyərək xaricə üz tuturlar.

Buna səbəb isə özəl klinikalarda qiymətlərin çox baha olması və savadlı tibbi personalın yoxluğudur. Zamanla ölkə mediasının da tez tez işıqlandırdığı bu problemin həlli isə görünür hələ çox vaxt aparacaq.

Qlobal.az-a verilən məlumata görə qiymətləri “od tutub yanan” özəl tibb müəssisələrindən biri də Bakı şəhərində istifadəyə verilmiş “Qrand Hospital”dır. İnformasiyaya görə, bir vaxtlar Gəncə və Sumqayıt kimi böyük şəhərlərə, indi isə Səbayel rayonuna başçılıq edən Eldar Əzizova məxsus olduğu iddia olunan bu qospitala ümumilikdə 70 milyon manat xərclənib. Təkcə tibbi avadanlıq və təchizatına 20 milyon manat xərclənmiş bu müəssisədə savadlı kadr kontingentinin yoxluğundan həmin avadanlıqlar toz basmış vəziyyətdədir.

Mənbə qeyd edir ki, fəaliyyətə başladığı ilyarım ərzində 3 dəfə həkim personalı rəhbərlik tərəfindən qovulmuş “Qrand Hospital”da yenə də tibbi personal arasında gərginlik qalmaqdadır. Burada yerli həkimlər Türkiyəli həkimlərin “ayağına verilir”. Yüksək maaş və şərtlərlə işə dəvət olunmuş türk həkimlərlə müqayisədə Azərbaycanlı həkimlər ağir şərtlər altında “qəpik-quruş”a işləməyə məcbur edilir. Yaranmış vəziyyətə etiraz edən həkimlərə isə rəhbərlik tərəfindən qapı göstərilir.

AVROPADAN DA BAHA QİYMƏTLƏR

Mənbə daha sonra qeyd edir ki, yarandığı xeyli müddət ərzində heç bir ciddi tibbi uğura imza atmayan, dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kompaniya aparmayan “Qrand Hospital”-ın əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Bu tibbi müəssisədə müayinələrin qiyməti avropa ölkələrindən bahadır. Məsələn: mənbənin dediyinə görə “Qrand Qospital”da elastometriya müayinəsinin qiyməti 150 manat (təxminən 98) dollar olduğu halda Macarıstanda 63, Bolqarıstanda isə 71 dollardır. Digər müayinə və müalicələrin müqayisəsində də ciddi fərqlər var.

Daha sonra mənbə qeyd edir ki, ölkədə fəaliyyət göstərən bir çox özəl klinikalar kimi “Qrand Hospital” da “əcnəbi həkim reklamı” altında gizlənir. Deyilənə görə, qospitalın Rəşad Sabri Yurdakul adlı “uzman psixoloq” kimi təqdim etdiyi türk həkim bir neçə kitab müəllifi olsa da öz ölkəsində praktiki uğuru olmayan həkimdir. Bir vaxtlar türk televiziyalarında aparıcılıq edən Sabri Yurdakul “Qrand Hospital” tərəfindən Azərbaycan tv-lərində xalqa dahi psixoloq kimi sırınır.

ŞƏBƏKƏLƏŞMİŞ TİBB CƏLLADLARI?

Bütün bunlardan əlavə olaraq “Qrand Qospital”da baş verən maxinasiyalar barədə 3-4 gün öncə yenilik.az-da gedən yazıda deyilir ki, “hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir. Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməklə, demək olar ki, sözün əsl mənasında cəllad ordusu formalaşdırılmışdır. Eyni zamanda, Asiman Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur. Asiman Həsənov üçün ən vacib məsələ nəyin bahasına olursa olsun, xəstələrdən pul qoparılmalı və savadlı kadrlar zərərsizləşdirilməlidir.

Hətta belə məlumatlarda var ki, Asiman Həsənov öz inhisarına ala bilmədiyi həkimlər barədə qara piar apararaq onu gözdən salır və barəsində xoş olmayan məlumatlar yayaraq xüsusi ustalıqla istifadə edir. Son günlər Grand Hospitalda, Medical Plazada və Lor Hospitalda baş verən hadisələr bu söylənilənlərin sübutudur. Tehran Babatovun göstərişi ilə Grand Hospitala gətirilmiş Təranə Mahmudova adlı heç bir savadı olmayan qadınla «dostlaşan» Asiman Həsənov bu qadının vasitəsi ilə nəzarətində olan klinikalarda çalışan gözəl xanımları «oyununa» qatır. Sosial şəbəkədə yayılmış bu məlumatla bağlı yazıda adı çəkilən Asiman Həsənovun elektron ünvanına müraciət edərək münasibət öyrəndik. Baş həkim Serhed.info-ya bildirdi ki, boş şeylərə fikir vermirik və sizin də dəyərli vaxtınızı belə şəylərə hədər verməyinizi tövsiyyə etmirəm. Qismet olarsa nə zamansa işlərimizlə tanış olarsınız və o zaman qiymət verərsiniz”.

Mövzuyla bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq. /qlobal.az

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın