Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / Qoşulmama hərəkatı və Azərbaycan

Qoşulmama hərəkatı və Azərbaycan

Azərbaycanın Vətən müharibəsində Qoşulmama hərəkatının rolundan danışacayıq. Hec kəsə sirr deil ki 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan bu hərəkatın əsas rollarından qlobal sülh,ədalət və həmrəylik olmuşdur. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat 120 ölkəni özündə birləşdirmişdir. Təsisatın əsas prinsipləri sülh və ədaləti təbliğ edən, ərazi bütövlüyünə hörmət və təcavüz aktlarından çəkinmə tezislərini özündə birləşdirir.
 Azərbaycan beynəlxalq riyakarlıq və selektiv yanaşmaya qarşı olan bir ölkə olaraq bütün sadalananların edalətin güclənməsinə mənfi təsr göstərdiyindən Qoşulmama hərəkatının sıralarına 2011-ci ildə qatılmaq qərarına gəlir. Məhs bütün sadalanan ikili standartlar Ermənistanın bütün hüqüq və normaları pozmaq, 30 il ərzində Azərbaycan ərazilərinin 20% faizini işğal altında saxlamaq imkanı yaratdı. Beynəlxalq hüquq isə bunlara göz yummaq qərarını verdi. BMT TŞ-nın Azərbaycanın xeyrinə olan 4 qətnaməsinin icrası böyük sual altına qaldı. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Və bu Ermənistana işğalı möhkəmləndirmək, cinayət və qanunsuzluqlar törətməyə şərait yaratdı.

    Lakin haqq incələr lakin üzülməz deyərlər. Bu cətin haqq yolunda Azərbaycana dəstək verənlər hec də az olmadı. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisədir. Onlar BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bu da Hərəkatın prinsipial mövqeyinə nəqədər möhkəm sadiq olduğlarını nümayiş etdirdi.

 27 sentyabr 2020-ci il tarixi Azərbaycan tarixində qızıl hərflərlə həkk olundu. Həmən gün haqq öz zəfər etrini duydu. Azərbaycan ona qarşı törədilən genişmiqyaslı hərbi hücuma adekvat cavab verməklə yanaşı ona aid olan doğma torpağları yadd əllərdən azad etməyə başladı. 44 gün davam edən yolda nə siyasi meydanda nədə savaş meydanında büdrəmədi. Və hər addımız düşməni kapitulasiya aktını imzalamağa daha da yaxnlaşdırırdı. Azərbaycan sübut etdi ki düşmanı beynəlxalq qətnamələrin icrasını həyata keçirməyə  özü də məcbur edə bilər və bu haqq yolunda heckim ona mane ola bilməz. 

 Bakı Slavyan Universiteti – İradə Cəfərova

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …