Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Siyasət / Qorxmaz Hüseynovdan son xəbər: “Dincəlir…”

Qorxmaz Hüseynovdan son xəbər: “Dincəlir…”

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovu yəqin ki xatırlayırsınız? O indi haralardadır?

Modern.az-ın əməkdaşı Qorxmaz Hüseynova yaxın mənbələrdən keçmiş sədrin harada olduğunu dəqiqləşdirməyə çalışıb. Bildirilib ki, Qorxmaz Hüseynov hazırda işsizdir, evində dincəlir.

Qeyri-rəsmi mənbələrdən verilən məlumatda isə Q.Hüseynovun biznes obyektlərinin olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.

Xatırladaq ki, Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi.

Həmçinin oxuyun

Deputat: ““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil”

““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, …