Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “Qorxmağa ehtiyac yoxdur, buna alışmalıyıq” – Məlahət İbrahimqızı

“Qorxmağa ehtiyac yoxdur, buna alışmalıyıq” – Məlahət İbrahimqızı

“Artıq koronavirusla vidalaşmağın vaxtıdır”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, koronavirusa qarşı aparılan mübarizə üsulları özünü tamamilə doğrultdu: “Azərbaycanda onsuz da açıq havada maskadan istifadə olunmur. Bu tələb yalnız qapalı məkanlar üçün nəzərdə tutulub. Yoluxanların sayı azaldığına görə, yumşalmalar oldu. Toy məclislərində say məhdudiyyəti aradan qalxdı, yas mərasimlərinin keçirilməsinə icazə verildi.

Bir çox məhdudiyyətlər götürüldü, çox azı qalıb. Bəzi risklər hələ də qaldığına görə, onlar saxlanılır. Biz ilk başlarda  da sərtləşmə və yumşalma ilə qarşılaşırdıq. Pandemiya proqramı unikal formada həyata keçirilir”.

Deputatın sözlərinə görə, məhdud sayda qalan qadağalar da yaxın vaxtlarda aradan qaldırılacaq: “Artıq bir çox dünya ölkələrində maska qadağası aradan götürülüb. Qapalı yerlərdə maska tələb olunmur. Lakin maskanı götürsələr də, onlardan sənəd tələb olunur. Bizdə çox az sayda qadağalar qalıb. Düşünürəm yaxın günlərdə o da olmayacaq”.

M.İbrahimqızı qeyd edib ki, virus adi qrip halını alıb: “Virus artıq çox zəifləyib. İlk vaxtar çox dəhşətli idi. Mutasiyadan sonra adi qrip halını aldı. Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliklərindən heç bir üstünlüyü yoxdur. O virusdan da həyatını itirənlər var idi. Qorxmağa ehtiyac yoxdur. Biz buna alışmalıyıq. Adi qrip kimi qəbul etməliyik. Karantin qaydalarına düzgün şəkildə riayət etmək bizim sağlıq mədəniyyətimizi göstərir. Pandemiya bitsə də, özümüzü və yaxınlarımızı qorumalıyıq”.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …