Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / “Qondarma “DQR”in tanınması və Xankəndi aeroportunun açılması… – ŞƏRH

“Qondarma “DQR”in tanınması və Xankəndi aeroportunun açılması… – ŞƏRH

Ermənistan parlamentində ölkənin baş nazirinin növbədənkənar seçkiləri müzakirə edilir.

Gündəlikdə bir məsələ — müxalifətçi deputat Nikol Paşinyanın baş nazir postuna seçilməsi durur.

Paşinyan Ermənistan hökumətinin rəhbəri olandan sonra Qarabağla bağlı danışıqların aqibəti necə olacaq və onunla Azərbaycan prezidenti İlham Əliyev arasında birbaşa danışıqlar baş tutacaqmı?

Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün Azərbaycan, Rusiya və Ermənistanlı ekspertlərin fikirlərini öyrənib.

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun fikrincə, prezident İlham Əliyevlə Nikol Paşinyan arasında Qarabağ danışıqlarının olacağı az inandırıcıdır.

Politoloq hesab edir ki, siyasi mübarizənin hər bir iştirakçısı cəmiyyət üzvlərinin güclü vətənpərvərlik hisslərinə istinad etməkdə maraqlıdır. Paşinyan bu gün Dağlıq Qarabağla problemi ilə əlaqədar olaraq öz mövqeyinin sərt, əyilməz və prinsipial olduğunu göstərməyə məcburdur. Eyni zamanda bu problemlə bağlı hansısa irəliləyişin olması üçün kompromis tələb olunur.

“Və ilk növbədə Ermənistandakı blokadanın aradan qaldırılması və s. üçün Dağlıq Qarabağın ətrafındakı rayonları Azərbaycana qaytarmalıdır” — deyə Markov bildirib.

Sputnik-in həmsöhbətinin fikrincə, Qarabağ klanı hakimiyyətdən gedəndən sonra, bu qəbildən olan kompromisin olacağına inam artacaq. Amma hazırkı məqamda o cür danışıqlar mümkün deyil.

Markov, hələlik Ermənistanda vəziyyətin sabitləşməsini gözləməyə çağırıb. Onun fikrincə, həmçinin siyasi liderləri cəmiyyətin əksəriyyətinin vətənpərvər hisslərinə qarşı fədakarlıq etməyə məcbur edən mübarizənin olmayacağı anı gözləmək lazımdır.

Ekspert hesab edir ki, yalnız bundan sonra o cür danışıqlar mümkündür və bu halda pozitiv nəyəsə ümid etmək olar.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov isə bildirib ki, Azərbaycan üçün Ermənistan hakimiyyətində kimin olacağı, yaxud Qarabağ danışıqlarının kiminlə aparılacağı əhəmiyyət kəsb eləmir. Onun fikrincə, əsas odur ki, yeni hakimiyyət özünü konstruktiv aparsın.

“Bu gün belə bir gözlənti var ki, Qarabağ klanı dövrü başa çatacaq. Bu o deməkdir ki, Yerevanın siyasətçiləri özlərini daha rasional aparacaqlar. Bunu isə zaman göstərəcək”, — deyə politoloq bildirib.

Məmmədovun fikrincə, əgər Paşinyan Qarabağ münaqişəsinin həllində özünü radikal aparsa, onda Azərbaycan da müvafiq tədbirlər görəcək. Əgər o, demaqoqluqla məşğul olsa, müharibə olacaq. Azərbaycanın bunun üçün bütün imkanları var, amma Ermənistana bu sərf eləmir.

Sputnik-in həmsöhbəti xatırladıb ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv mövqe gözləyir. Çünki belədə də beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

“Ona görə də erməni tərəfi mövcud problemin mərhələli həllinə gedərək Azərbaycanın 7 rayonunun qaytarılmasından başlamalıdır” — deyə o bildirib.

Bununla yanaşı, politoloq qeyd edib ki, bir sıra qüvvələr Suriyadan sonra dünyada növbəti qeyri-sabitliyin məhz Cənubi Qafqazda olmasında maraqlıdır. Bu da özlüyündə Rusiyanın maraqlarına cavab vermir. Bu baxımdan da Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Rusiyaya qətiyyən sərf eləmir.

Erməni politoloq Lilit Tumayan isə hesab edir ki, Qarabağla bağlı danışıqlar tamamilə gözlənilməz ola bilər.

Onun sözlərinə görə, Paşinyan danışıqların istiqamətini tamamilə dəyişə və daha sərt mövqe nümayiş etdirərək danışıqlar prosesinə “DQR”in qoşulmasını tələb edə bilər.

REA-nın İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev də öz növbəsində bildirib ki, prezidentlər formatında keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanla görüşməsinə ehtiyac yoxdur.

“Ona görə də, əgər Bakı və Yerevan formatı genişləndirməyə qərar versələr, onda hazırkı prezidentlər — İlham Əliyev və Ermənistanın yeni prezidenti Armen Sarkisyan görüşməlidir, baş nazirlər səviyyəsində isə Novruz Məmmədov və Nikol Paşinyan” — deyə Karavayev bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, problem Paşinyanın “DQR”-in tərəflərdən biri kimi danışıqlara qoşulması ilə bağlı hansı mövqeni tutacağıdır. Çünki bu, onun “seçkiqabağı” vədlərindən biridir və vəziyyəti mürəkkəbləşdirə bilər.

Karavayevin sözlərinə görə, digər tərəfdən, ATƏT-in Minsk qrupunun üzvləri ona təqyiq göstərə və o da bu ideyadan imtina edə bilər.

Ekspertin qənaətinə görə, erməni hökumətində yaranmış yeni vəziyyət bir çox gözlənilməz nəticələrə də gətirib çıxara bilər. Əgər Paşinyan daha praqmatik olsa, Bakı üçün bəzi pozitiv parçalar tapmaq mümkündür. O, nəqliyyat blokdasını yarmaq üçün müəyyən addımlar ata bilər.

Maliyyə Universitetinin Politologiya departamentinin dosenti Gevorq Mirzayan bütün yuxarıda deyilənlərdən əlavə həm də tərəflərin dəqiq mövqelərinə diqqət çəkib. Onun sözlərinə görə, erməni tərəfini qane edən, Azərbaycan tərəfini isə qane etməyən status-kvo mövcuddur.

“Karapetyan da olsa, Paşinyan da olsa, Azərbaycana bu status-kvonu güc yolu ilə dəyişmək çətin olacaq (əlbəttə, əgər Ermənistan Rusiyanın müttəfiqi olaraq qalacaqsa)” — deyə Mirzayan bildirib.

Qalır təkcə danışıqlar aparmaq. Paşinyanla bağlı təhlükə ondadır ki, bir neçə aylığa seçiləcək “xalqın baş naziri” reytinq toplamaq və uzun müddətə seçilmək üçün xalqın tələblərini yerinə yetirəcək. Məsələn, “DQR”-in müstəqilliyini tanıyacaq və “Stepanakert” (Xankəndi) aeroportunu açacaq.

“Bu isə ciddi böhrana səbəb olacaq” — deyə Mirzayan bildirib.

Həmçinin oxuyun

Milli Məclisi etibardan salan deputatlar – Siyahı

Deputat Rafael Cəbrayılovun borc qalmaqalından sonra ictimai diqqət yenidən Milli Məclisin tərkibinə yönəlib.  Rafael Cəbrayılov …