Bazar , Sentyabr 24 2023
Ana səhifə / Siyasət / Qondarma “DQR”də qarşıdurma: “Vəzifə uğrunda mübarizə gedir”

Qondarma “DQR”də qarşıdurma: “Vəzifə uğrunda mübarizə gedir”

“Hazırda qondarma rejimdə vəzifə naminə çəkişmə, boğuşma gedir. Hamı haqq-ədalətdən dəm vursa da, əsas məqsədləri vəzifə uğrunda mübarizədən ibarətdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurmanın güclənməsini şərh edərkən deyib.

“Hazırda Ermənistanda və Xankəndidə ağır böhran vəziyyəti hökm sürür. Ona görə də mövcud vəziyyətdən istifadə edərək, siyasilər bir-birilərini çıxdaş etməklə məşğuldurlar. Amma bütün bunların hamısı mənasız oyunlardır. Azərbaycan dəfələrlə Ermənistandan güclüdür. Ermənistan ordusu Azərbaycan Ordusundan zəifdir. İrəvan güclü havadarı da yoxdur. Azərbaycan isə daha güclü müttəfiqlərə malikdir. Digər tərəfdən, Azərbaycanın mövqeyi də tam olaraq beynəlxalq hüquqa uyğundur. Ermənistanın qanunsuz istəkləri isə beynəlxalq hüquqa ziddir. Düzdür, iqtisadi vəziyyəti Azərbaycana nisbətən müəyyən qədər yaxşıdır. Ona görə də qondarma rejimdə qarşıdurmanın güclənməsi və burada kimin vəzifəyə yiyələnməsindən asılı olmayaraq, Ermənistan məğlubiyyətə məhkumdur”. 
Qeyd edək ki, Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib. Samvel Babayan sentyabrın  8-i, səhər saatlarına mitinq təyin edib. O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır. “Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, deyə o bildirib.

Həmçinin oxuyun

Erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq istəyənlər var

“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”. Bunu jurnalistlərə açıqlamasında Daxili …