Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / “…qızım, Çovdarov kimdir?” – Mətanət İsgəndərlidən reaksiya

“…qızım, Çovdarov kimdir?” – Mətanət İsgəndərlidən reaksiya

“Bunlar köhnə ittihamlardır. Elşad Abdullayev deyir ki, sübutum var. Mətanət xanım da deyir ki, əgər sübutu varsa, göstərsin, mən də danışım”.
Bu fikirləri Ölkə.Az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin “Hürriyət” qəzetinə göndərdiyi məktubunda yazılanlara cavab olaraq səsləndirib. Rüstəmova bildirib ki, İsgəndərlinin adı keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla da hallandırılıb. Amma onların heç bir tanışlığı olmayıb: “Deyir ki, hər gün efirdəyəm, məclislərdəyəm, sənətimə xidmət edirəm. Bir müddət əvvəl onun adı Akif Çovdarovla da hallandı. O vaxt mən ondan bu haqda soruşanda dedi ki, qızım, Çovdarov kimdir?”
Z.Rüstəmova bildirib ki, vəziyyət belə davam edərsə, əməkdar artist məhkəməyə müraciət edəcək: “Təbii ki, məsələ şişsə, vəkili hüquqi müdaxilə edəcək və məhkəməyə müraciət olunacaq. Çünki Mətanət xanım sənətiylə məşğuldur və şəxsi həyatından yazmağı qadağan edib”.
Xatırladaq ki, Elşad Abdullayev məktubunda bildirmişdi ki, Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini general Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub.
E.Abdullayevin iddialarına görə, qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub: “Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artisti-müğənni dilində deyil, bir kriminal, professional “oğru dili”ndə danışdığını görürük… Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadır, heç bir vaxt Akif Çovdarovun “MTN işi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm”.
Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir.

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın