Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qızıl Məryəmin qızı polisə 5 milyon təklif etdi

Qızıl Məryəmin qızı polisə 5 milyon təklif etdi

Bakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryəm Nametzadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M.Nametzadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb.
İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G.Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 5-də Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın