Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qızıl da qiymətdən düşdü – (Video)

Qızıl da qiymətdən düşdü – (Video)

Qızılın qiyməti enməyə başlayıb.

ANS TV-nin məlumatına görə, son zamanlar dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin tez-tez dəyişməsi, dünya bazarında qızılın da qiymətinə təsirsız ötüşmür. Son iki ildə qızılın dəyəri həm zinət əşyası, həm də kapital olaraq qiymətdən düşürdüsə, bu ilin mart ayından dəyərə minməyə başladı.

Amma son iki gündə dünya bazarında qızılın qiymətinin enməsi yenidən müşahidə olunmaqdadır.

Mütəxəssislər bunun səbəbini ilk növbədə bu qiymətli metalın, zinət əşyası kimi artıq insanları cəlb etməməsində, ikinci növbədə isə dünya bazarında inflyasiyanın minimuma enməsində, səhmlərin qiymətlərinin artması və dolların güclənməsində görürlər.

“Təhlilər onu göstərir ki, son dövrlər dolların qiyməti ilə qızılın qiyməti arasındakı əlaqə müəyyən qədər öz təsirini itirib. Əvvəlki qədər əlaqə yoxdur, yəni əvvələr daha çox təsir göstərirdi”, – deyə ekspert Samir Əliyev bildirib.

Paytaxda bu dəyərli metalın satışı ilə bağlı satıcılar bildiriblər ki, son bir ayda qızılın qiymətində cüzi də olsa, yəni 3 manat civarında bir dəyişiklik var.

“Hazırda 585 əyarlı qızılın bir qramının qiyməti 38 manatdan başlayaraq 40-42 manat arasında dəyişir. Bu isə malın çeşidindən asılıdır. 700 əyarlı qızılın bir qramı 45 manatdan başlayaraq 50-52 manat arasında dəyişir”, – deyə zərgər Əfqan İmanov bildirib.

Ekspertlərin proqnozlarına əsasən ABŞ dollarının dəyəri artdıqca, qızılın qiymətinin daha da enməsi müşahidə olunacaq.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın