Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / Qırğızıstana səfir təyin edilən Lətif Qəndilov kimin oğludur? – DOSYE

Qırğızıstana səfir təyin edilən Lətif Qəndilov kimin oğludur? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu geri çağırıb. Onun yerinə isə Lətif Qəndilov təyin edilib.

Belə ki, Lətif Qəndilov bundan əvvəl Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
Səfir 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlib. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” fakültəsində təhsil alıb, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olub və təyinatla “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” kafedrasında saxlanılıb. 
1978-1980-ci illərdə hərbi xidmətdə olub. 1981-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirib, 1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışıb. 
1984-cü ildə “İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1986-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti olub. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlayıb və birinci katib vəzifəsinədək yüksəlib. 
2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilib. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olub.
2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub. 
2011-2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011-2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində bu vəzifədən geri çağırılıb.
Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yaymlanıb. 

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …