Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Qırğız Respublikası prezidenti Azərbaycana səfər edəcək

Qırğız Respublikası prezidenti Azərbaycana səfər edəcək

Qırğız Respublikası prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfərinin tarixi bəlli olub.

“Report” diplomatik mənbəyə istinadən xəbər verir ki, Qırğızıstanın dövlət başçısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Qırğız Respublikasının həmin tədbirdə iştirakı məsələsi bu gün Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun xarici işlər naziri Çingiz Heydərbekovla görüşündə də müzakirə olunub.

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafında qarşılıqlı marağın olmasını bir daha təsdiqləyərək hökumətlərarası komissiyanın növbəti iclasının da təfərrüatını müzakirə ediblər.

Həmçinin oxuyun

Əli Həsənov: “İlham Əliyev istəsəydi, Xankəndiyə də girərdi”

“Şuşada qələbə əldə olunandan sonra Prezident Rusiya faktorunu nəzərə aldı. İstəsəydi, bir gündə Xankəndiyə də, …