Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Siyasət / QHT Şurasının müsabiqə şərtlərində dəyişiklik olacaq?

QHT Şurasının müsabiqə şərtlərində dəyişiklik olacaq?

Manatın devalvasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihələri maliyyələşdirməsinə təsir etməyib.

Bu barədə musavat.com-a adıçəkilən qurumdan məlumat verilib. Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud mövzu ilə bağlı aşağıdakıları bildirib: “Bildiyimiz kimi, 2015-ci il üzrə dövlət büdcəsi ötən ilin sonlarından təsdiq olunub. Şuranın Əsasnaməsində əksini tapan məqsədlərin həyata keçirilməsi və digər zəruri xərclər üçün də bu ilki dövlət büdcəsindən bu quruma müvafiq vəsait ayrılıb. 14 dekabr 2015-ci ildə Şura 2016-cı il üçün milli QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqə elanında bütün şərt və qaydalar öz əksini tapıb və bundan sonra orada hər hansı dəyişiklik etməyə zərurət yoxdur. Qeyd edim ki, 15 yanvaradək Şuraya layihə təqdim etmək mümkündür. Şura bütün əməliyyatları milli pul vahidimiz olan manatla apardığından müsabiqə qalibi olacaq QHT layihələri də müvafiq qaydada maliyələşdiriləcək. Yəni hər hansı artma, yaxud azalma nəzərdə tutulumur”.

Həmçinin oxuyun

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat …

Bir cavab yazın