Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / QHT-lərin ödəniş problemi ilə bağlı Palatadan – AÇIQLAMA

QHT-lərin ödəniş problemi ilə bağlı Palatadan – AÇIQLAMA

1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib.
Bununla da vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib.
Banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən hətta Qeyri-Hökumət Təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana çıxıb. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
Kommersiya banklarından Modern.az-a daxil olan məlumata görə, narazılıqlar nəzərə alınaraq problem həll edilib. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən banklara qeyri-rəsmi göstəriş verilib. Bununla bağlı yaxın saatlarda rəsmi qərar veriləcəyi gözlənilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, hazırda 1 yanvar 2017-ci ildə qəbul olunan qanun qüvvədədir və dəyişən heç nə yoxdur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın