Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Qatil niyə öldürüldü? – “O, qəhrəmana çevrilə bilərdi”

Qatil niyə öldürüldü? – “O, qəhrəmana çevrilə bilərdi”

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sərgi salonunda güllələnməsindən sonra qatil polis Mert Altıntaşın öldürülməsi müzakirələrə səbəb olub.

Fikirlər səsləndirilir ki, sui-qəsdçi sağ ələ keçirilə bilərdi, onun öldürülməsi mütləq deyildi.

İddia edilir ki, qatili canlı tutmaqda hadisəni ən qısa zamanda araşdırmaq mümkün olardı. Onun ölümü ilə qətlin sirrini ört-basdır edir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, qatilin öldürülməsində iki versiya ortaya çıxır:

“Birinci versiya sadədir, “komplo teorisinden” uzaqdır. Qatil əlində silahla sağa-sola atəş açır, sərgidəki insanlar qorxu içindədirlər, içəri daxil olan xüsusi təyinatlılar Mert Altıntaşdan təslim olmasını tələb edir, o silahı yerə qoymur və o bütün oxşar hallarda olduğu kimi öldürülür.

İkinci versiya mürəkkəbdir: Mert Altıntaşın həbsi Ankaraya gələcəkdə başağrısı yarada bilərdi. O, məhkəmədə deyəcəkdi ki, Suriyadakı qətliamlara, uşaqların ölüm səhnəsini izləmək ona ağır gəlirdi, intiqam hissi ilə yaşayırdı və s.

Mert Altıntaşın məhkəmədə bu tip açıqlamalarını davam etdirməsi Türkiyədə və başqa ölkələrdə yaşayan nə qədər insanda ona rəğbət qazandıracaqdı. Başqa sözlə Mert Altıntaşın məhkəməsi onun qəhrəman obrazını gücləndirəcəkdi. Bu isə öz növbəsində yenidən Türkiyə-Rusiya münasibətlərində inamsızlıq yaradacaqdı, Ankaraya hadisələrin bu istiqamətdə inkişafı lazım deyildi, ona görə də məsələyə “qatili yox edək, gələcəkdə problem də yaranmasın” prinspindən yanaşılıb və yuxarıdan xüsusi təyinatlılara əmr verilib ki, qatli öldürün”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın