Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Qarışıqlıq salmaq istəyirlər…” – PA rəsmisindən xəbərdarlıq

“Qarışıqlıq salmaq istəyirlər…” – PA rəsmisindən xəbərdarlıq

“Dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Çətinliklərin yaşanmasında təəccüblü hansısa məqam yoxdur”.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərin olduğundan qat-qat güclüdür: “O illərdən fərqli olaraq, bu gün Azərbaycan xalqı daha mətindir. Dövlətlə xalqın əlbir olması çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, Azərbaycanda gözü olan, Azərbaycanı öz yedəyində aparmağa çalışan xarici dairələr bu vəziyyətdən istifadə etməklə dəridən qabıqdan çıxır.

Azərbaycandakı “5-ci kolon” da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqa zidd əməllərə yol verməklə, qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışır. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər”.

O qeyd edib ki, Azərbaycana uzanan əllərin kəsiləcək, xarici dairələrin məqsədlərinə çatmasına imkan verilməyəcək:

“Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın