Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qarayevin anadan olmasından 99 il ötür – Fotolar

Qarayevin anadan olmasından 99 il ötür – Fotolar

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasından 99 il ötür.

Qafqazinfo” xəbər verir ki, fevralın 5-də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikamızın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini hörmətlə yad etdilər, məzarı üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb.

Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, bayrama çevrilib. Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Qara Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Qarayevin anadan olmasından 99 il ötür -  Fotolar
Qarayevin anadan olmasından 99 il ötür -  Fotolar
Qarayevin anadan olmasından 99 il ötür -  Fotolar

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın