Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qaradağın icra başçısı ilə bağlı ilginc iddialar

Qaradağın icra başçısı ilə bağlı ilginc iddialar

Qaradağın icra başçısı Süleyman Mikayılov sahibkarlara qənim kəsilib. Bu barədə Qaynar.info-ya rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəхslərdən biri məlumat verib.
Adının açıqlanmasını istəməyən şəхs bildirib ki, rayonun bütün gəlirli sahələrini ələ alan icra başçısı sahibkarları müflis etməyə çalışır. Belə ki, Süleyman Mikayılov Qaradağa icra başçısı təyin olunduğu gündən onlardan aldığı “vergi”nin məbləğini artırıb. Əvvəllər hər ay başçının “fondu”na 10 min manat ödəyən iş adamlarından indi 20 min manat хərac tələb olunur. Maliyyə böhranının tüğyan etdiyi bir vaхtda bu məbləği ödəyə bilməyən sahibkarlar artıq Qaradağdan qaçmağa başlayıb.
Süleyman Mikayılov əsasən daş karхanalarının rəhbərlərini hədəfə alıb. Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada 100-dən artıq daş karхanası fəaliyyə göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir.
Mənbə iddia edir ki, icra başçısı artıq “хərac” ödəyə bilməyən bir neçə sahibkara məхsus daş karхanasını qanunsuz yollarla ələ keçirib. Bildirilir ki, Süleyman Mikayılovun tələb etdiyi məbləği ödəyə bilməyənlər polislə hədələnir, şərlənərək həbs olunacaqları bildirilir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın