Ana səhifə / Siyasət / Qarabağla bağlı “Lavrov planı” nə vəd edir?

Qarabağla bağlı “Lavrov planı” nə vəd edir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflərin olduğunu deyib.

Lavrovun sözlərinə görə, bu təkliflərin mahiyyətinə gəlincə, onlar həmsədr ölkələrin başçılarının çoxsaylı bəyanatlarında ifadə olunan yanaşmalar əsasında aparılır.Onlar təklif ediblər ki, tərəflər ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyənləşdirməsi və gücdən istifadə etməmək prinsiplərini əsas götürərək öz aralarında razılığa gəlsinlər.

Rusiya XİN başçısı jurnalistləri hazırda danışıqlar masasında hansı prinsiplərin olduğunu anlamaq üçün həmsədr ölkə başçılarının bəyanatları ilə tanış olmağa çağırıb. O, özəlliklə ötən il ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunmuş bəyanatı misal çəkib.

Lavrov onu da deyib ki, İrəvanla Bakının humanitar sahədə əldə olunmuş razılaşmaların gerçəkləşməsində maraqları olduğunu güman etməyə əsasları var. Rusiyanın xarici işlər naziri sözügedən təkliflərin detallarının konfidensial saxlandığını vurğulayıb.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da aprelin 15-də Moskvada Ermənistanlı həmkarı ilə danışıqlardan sonra 2016-cı ilin təkliflərini müzakirə etdiklərini deyib.

Ancaq danışıqların məhz Rusiyanın irəli sürdüyü “yol xəritəsi” əsasında aparıldığı barədə birmənalı fikir söyləmək çətindir.Çünki ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda keçirmək təklifi bu məsələdə bir rəqabətin olduğunu göstərir. Yəni müzakirələrin Vaşinqtonda baş tutması ABŞ-ın ev sahibliyini ələ almaq təşəbbüsündən xəbər verir. Ona görə də Pompeonun təklifi qəbul olunarsa, danışıqlarda ABŞ-a məxsus təkliflərin meydana çıxacağı istisna deyil. 

Qeyd edək ki, Rusiyanın 2016-cı ildə irəli sürdüyü təkliflər konfedensial saxlanılsa da, mahiyyətcə üç il öncə açıqlanıb. “Lavrov planı” kimi tanınan həmin təkliflər paketi 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya politoloqlarının və medianın vasitəsilə Azərbaycan və Ermənistan ictimaiyyətinə ötürülüb.Həmin məlumatlara görə, Rusiya Azərbaycana Dağlıq Qarabağ probleminin mərhələli həllini təklif edib. Birinci mərhələdə Dağlıq Qarabağın ətrafındakı beş rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) Azərbaycana qaytarılır. Məcburi köçkünlər öz evlərinə dönür.Dağlıq Qarabağa müvəqqəti status verilir.İkinci mərhələdə Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılır.Laçın rayonu ərazisindən Dağlıq Qarabağla Ermənistan arasında dəhliz yaradılır.Üçüncü mərhələdə isə Dalıq Qarabağın yekun statusu müəyyənləşir.Hər üç bənd “Madrid prinsipləri”ndə öz əksini tapıb.Lakin Dağlıq Qarabağın yekun statusuna dair təklif Azərbaycan və Ermənistan arasında əsas mübahisə predmeti olaraq qalır.Ermənistan referendumun yalnız keçmiş Dağlıq Qarabağın erməni icması arasında keçirilməsini tələb edir.Rəsmi Bakı isə bunun Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilməsini təklif edir.

Təbii ki, münaqişənin bu və ya digər şəkildə həlli status-kvonun dəyişməsi deməkdir.Bu isə Rusiyanı qane etmir. Ona görə də münaqişə bölgəsinə nəzarəti əldə saxlamaq üçün Kremlin öz şərtləri var. “Lavrov planı”na görə Kreml beş rayonun qaytarılması müqabilində rəsmi Bakıdan münaqişə bölgəsinə Rusiya qoşunlarının sülhməramlı kimi yerləşdirilməsini, İranla sərhəd ərazilərin FTX-nin nəzarətinə verilməsini, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyir. Ancaq bir müddət sonra rusiyalı ekspertlər “Lavrov planı”nın beş deyil, üç rayonu (Ağdam, Cəbaryıl, Füzuli) Azərbaycana qaytarılmasını nəzərdə tutulduğuna dair məlumat yaydı. 

Rusiyanın xarici işlər naziri ötən il heç bir planının olmadığını söyləmişdi. 

Rusiya qoşunlarının münaqişə bölgəsinə yerləşdirilməsi və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması suverenlik prinsiplərinə zidd olduğundan Azərbaycanın bu təkliflərdən imtina etdiyi bildirilir. Buna baxmayaraq, S.Lavrovun Rusiyanın 2016-cı il təkliflərindən danışması ortada konkret “yol xəritəsi”nin olmasından xəbər verir. 

Eyni zamanda, ABŞ-ın irəli sürdüyü “Bolton planı”nın olduğuna dair məlumatlar var. Həmin variant Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını, Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun qaytarılmasını, Ermənistanla Dağlıq Qarabağ arasında Laçın dəhlizinin qurulmasını, əraziyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini, Dağlıq Qarabağa isə razılaşdırılmış statusun verilməsini nəzərdə tutur. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan danışıqların predmetini təhlükəsizlik və status məsələsi təşkil etdiyini deyib. O, bildirib ki, Dağlıq Qarabağın 150 min nəfərlik erməni əhalisinin təhlükəsizliyi və gələcək statusunun müəyyənləşməsi mühüm əhəmiyyət daşıyır. Lakin Mnatsakanyan hesab edir ki, statusun müəyyənləşməsində 150 min nəfərlik erməni icması iştirak etməlidir.Mnatsakanyanın açıqlaması Ermənistan hökumətinin mövqeyində qismən yumşalma kimi anlaşılsa da, status məsələsində kompromisə getmə istəmədiyini göstərir.Belə ki, Nikol Paşinyan hökuməti “sülh müqabilində ərazilər” formulunu qəbul etməyəcəyini bəyan edib.İndi Z.Mnatsakanyanın fikirləri danışıqlar masasında “təklükəsilik və status müqabilində ərazilər” təklifinin müzakirə olunduğunu deməyə əsas verir.Lakin Ermənistan tərəfi yenə də yekun statusun Dağlıq Qarabağın erməni icması arasında referendum yolu ilə müəyyənləşməsində israr edir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağ probleminin nizamlanmasına dair indiyə qədər xeyli təkliflər irəli sürülsə də, onlar mahiyyətcə bir-birini təkrarlayır: 

“İndiyə qədər “Madrid prinsipləri”, “Genişlənmiş Madrid prinsipləri”, “Kazan formulu”, “Lavrov planı” adlı xeyli təkliflər irəli sürülüb. Amma bütün planlar “Mərhələli həll planı” ilə “Paket həll planı” arasında yer alır.Bu təkliflərə əsasən, birinci mərhələdə işğal olunmuş ərazilər azad olunmalı, sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşməlidir.Birinci təklif Azərbaycanın maraqlarına uyğundur.Lakin ikinci hissə Azərbaycanın maraqlarına cavab vermir.Ermənistan tərəfi isə çalışır ki, yalnız Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsinə dair Azərbaycanın razılığını aldıqdan sonra işğal etdiyi əraziləri boşaltmağa razılıq versin. Azərbaycan da təbii ki, buna razı ola bilməz. Sergey Lavrovun isə xüsusi bir planı yoxdur.Rusiyanın xarici işlər naziri də bir müddət öncə ayrıca plana malik olmadığını demişdi.Əslində, təkliflər paketi məlumdur.Həmin sənədə görə birinci mərhələdə beş rayon Azərbaycana qaytarılmalı, bölgəyə təhlükəsilzik qüvvələri yerləşdirilməli, azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıtmalı, Dağlıq Qarabağa aralıq status verilməli və sonra yekun statusu müəyyənləşdirmək məqsədilə referendum keçirilməlidir. Axırıncı maddəyə qədər digər təklifləri Azərbaycan qəbul edir.Aralıq status o deməkdir ki, Dağlıq Qarabağın hökumət strukturları, parlamenti olur.Həmin qurumlarda azərbaycanlılar da təmsil olunur.Çünki azərbaycanlı məcburi köçkünlər Dalıq Qarabağa qayıda biləcək.Lakin aralıq statusu müstəqillik demək deyil. Lakin referendum Dağlıq Qarabağ ermənilərinin müstəqillik əldə etməsi deməkdir ki, buna da heç vaxt razı ola bilmərik. Moskva görüşünün nəticələrinə baxsaq, ciddi bir məsələ müzakirə olunmayıb.Jurmalistlərin qarşılıqlı səfərləri razılaşdırılıb.Bunun münaqişənin həllinə nə faydası var?Biz müxtəlif ölkələrdə neçə ildir rastlaşır, görüşürük.Mən özüm neçə erməni jurnalistlə görüşdə iştirak etmişəm. Yaxud bir neçə il bundan qabaq Azərbaycanın bir qrup ziyalısı Xankəndinə separatçılarla görüşə getmişdi. Amma bu dialoq da nəticə vermədi.Çünki Rusiyanın siyasəti dəyişmir.Rusiya balans siyasəti yürütdüyünə dair rəy yaratmağa çalışır.Amma Rusiya da Dağlıq Qarabağda balans siyasəti yürütməsinin tərəfdarıdır.Bu da ermənilərlə Rusiyanın mövqeyinin üst-üstə düşdüyünü təsdiq edir”. (cebhe.info)

Həmçinin oxuyun

“Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm” – Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı  fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi  ittihamlara cavab …