Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / Qarabağın statusu masaya gətirilir – Bakı, Sumqayıt və Gəncəyə ermənilərin qayıtması…

Qarabağın statusu masaya gətirilir – Bakı, Sumqayıt və Gəncəyə ermənilərin qayıtması…

“Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil, siyasi təzyiq vasitəsidir. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrin bərpasında maraqlıyıq”.

Bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O qeyd edib ki, biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq:

“Amma rəsmi İrəvən buna hazırdırmı?! Sabah status məsələsini tək rəsmi İrəvən yox, Moskva, Paris, Vaşinqton qaldırsa, nə olacaq? Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib, rəsmi Moskvanın regionda tək söz sahibi olmaq istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər. Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununu ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər”.

Siyasətçi bildirib ki, Minsk Qrupunun təhlükəli yanları da var:

“Status məsələsi. Biz özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: Daxildə çoxsəsli parlament (həm də güclü vətəndaş cəmiyyəti) və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi. Başqa yol görmürəm. Biz ağılla, siyasi doğru ritorika ilə hər dəfə “Zəngəzur” deyəndə Ermənistanın status məsələsində israrından vaz keçməsinə şans artır.  Bəli, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki demoqrafik üstünlük bizdədi, yaxın 25-30 ildə reginda demoqrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.

Həmçinin oxuyun

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə …