Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Siyasət / “Qarabağın azad edilməsi Qafqazda mühüm amildir“ – İranlı nazir müavini

“Qarabağın azad edilməsi Qafqazda mühüm amildir“ – İranlı nazir müavini

“Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi Qafqaz regionunda sülh və rifahın təşviq edilməsində mühüm amildir”.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İƏT XİN rəhbərlərinin iclasında İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib.

Sabah Türkmənistan paytaxtında işə başlayacaq sammit ərəfəsində keçirilən toplantıda nazxir müavini regional və beynəlxalq problemlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu əsasında həllində çoxtərəfliliyin vacibliyini vurğulayıb.

Mehdi Səfəri əlavə edib: “İran İslam Respublikası digər ölkələrlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrini genişləndirmək siyasətini davam etdirir. Bu prosesdə fəal iştirak və İƏT kimi çoxtərəfli razılaşmalar İran Respublikasının xarici siyasətində prioritetdir”.

O, qeyd edib:

“Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi Qafqaz regionunda sülh və rifahın təşviq edilməsində mühüm amildir”.

İran rəsmisi İƏT-in Əfqanıstana Dəstək Proqramı vasitəsilə sülh və firavanlığa nail olmaqda Əfqanıstan xalqını dəstəkləməyə çağırıb.

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …