Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Qarabağın azad edilməsi ötən ilin ən mühüm hadisəsi idi” – Keçmiş səfir

“Qarabağın azad edilməsi ötən ilin ən mühüm hadisəsi idi” – Keçmiş səfir

Qarabağın azad edilməsi ptən il Cənubi Qafqaza təhlükəsizlik və sülhün qaytarılması üçün ən mühüm regional hadisə idi.

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsen Pakayin bildirib.

Oun sözlərinə görə, regiondan kənarda olan digər aktorlar Qarabağın azad olunmasından çox da razı deyillər: 

“Qafqaz regionunda Rusiya ilə rəqabət kontekstində aktivləşən Qərb, yəni ABŞ və Avropa İttifaqı Rusiyanın bölgədəki mövcudluğunu və mövqeyini zəiflətməkdə maraqlıdırlar”.

Keçmiş səfir “3+3” formatını regional ünsiyyət üçün məqbul hesab edir:

“Təbii ki, Cənubi Qafqazda sülhün və əmin-amanlığın davamlı olması Bakı və İrəvan siyasətçilərinin tarixi iddiaları bir kənara qoyaraq qalan problemləri, o cümlədən sərhəd xətlərinin müəyyənləşdirilməsini həll etməsindən və öz xalqının xeyrinə gələcək əməkdaşlığa zəmin yaratmasından asılıdır”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …