Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Siyasət / “Qarabağın azad edilməsi əlaqələrin inkişafına böyük imkan yaradıb” – İran səfiri

“Qarabağın azad edilməsi əlaqələrin inkişafına böyük imkan yaradıb” – İran səfiri

Qarabağ bölgəsinin işğaldan azad edilməsi İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün böyük zəmin yaradıb.

Bu fikirləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi söyləyib.

O bildirib ki, qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var və bu potensialdan istifadə etmək lazımdır. Ərdəbil vilayəti Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə sərhəddə yerləşdiyinə görə vilayətin şirkətləri Qarabağda aparılacaq yenidənqurma işlərində iştirak edə bilərlər. Tikinti və kənd təsərrüfatı sahəsində İran şirkətlərinin kifayət qədər təcrübəsi var.

Diplomat diqqətə çatdırıb ki, İran Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək istiqamətində başladığı hərbi əməliyyatları beynəlxalq hüquqa əsaslanaraq dəstəklədi və rəsmi Bakının mövqeyini haqlı hesab etdi. Hazırda Azərbaycan hökumətinin bu bölgənin bərpasına başlaması ilə əlaqədar sərhəd vilayətləri, xüsusən Ərdəbil üçün dəyərli fürsət yaranıb.

Səfirin sözlərinə görə, İranın Qarabağın yenidən qurulmasında iştirakı həm onun ölkəsinin, həm də Azərbaycanın mənafeyinə uyğundur.

Həmçinin oxuyun

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

“Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil”. Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də …