Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki…?”

“Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki…?”

Qarabağın azadlığı uğrunda 2783 şəhid verərək, Şuşa kimi əlçatmaz  qalanı igidlərimizin canı və qanı bahasına geri aldıq. Xalq kimi özümüzü düşmənlərə cəsarətli,  döyüşkən və dostlara da vətənə sədaqətli olaraq tanıtdıq. Deməli, yolumuzu düzgün müəyyənləşdirəndə,  eyni məqsədlər üçün  birgə çalışanda hətta nəzərdə tutulandan çoxuna  da nail oluruq. Deməli, istiqamətimizi dürüst təyin edəndə, bərabər çalışanda  hədəfimizə də  çatırıq.

Deməli, ictimai tələb və təpki olanda, hakimiyyət xalqın maraqlarını ifadə edəndə daha çox iş görə bilirik.  Onda, gəlin, xalqa digər porblemlərimizin də həlli yollarını göstərək və onun üçün birlikdə çalışaq. Həlli vacib olan problemlərimiz  hansılardır? Hesab edirəm ki, onlardan  birincisi  korrupsiyadır. Korrupsiya Azərbaycanı inkişafdan saxlayır, dövləti nüfuzdan salır, gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinə şərait yaradır.Korrupsiyaya görə əhali kasıblaşır, çünki, onun haqqını dövlət məmurları yeyir. Korrupsiya görə Azərbaycana sağlam investor gəlmir, çünki, onlar qazandıqlarını itirməkdən qorxurlar. Korrupsiya görə, insan inkişafdan qalır, çünki, təhsil və səhiyyə nəinki beynəlxalq, hətta region   səviyyəsi ilə belə ayaqlaşmır. Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki? Bir il bundan əvvəl kimsə desəydi  ki, gələn il Şuşa bizim olacaq, onu sərsəmə bənzədərdilər. Amma, bunu xalq olaraq bacardıq. Bəs, bizi xalq olaraq  içimizdən yeyən, inkişafdan saxlayan, yoxsullaşdıran korrupsiyadan niyə qorxuruq? Gəlin, korrupsiyaya qarşı da müharibə edək, ona qarşı amansız olaq, korrupsionerləri ifşa edək, dövlət  idarəetməsini onlardan təmizləyək.  Necəsini mən bilirəm və linkini də burda paylaşıram.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının “Korrupsiyaya qarşı mübarizə üzrə 32 vacib addım” Planının hakimiyyətə təqdimatından 6 ay keçir, hələ heç bir reaskiya yoxdur. Çünki, indiyədək xalq olaraq  korrupsiya ilə bağlı  mövqe qoya bilməmişik. Əgər siyasi iradə ortalığa qoyularsa və  32 vacib addım Planında yazılanlara əməl edilərsə, sizi inandırım ki, Şuşanı alan xalq, korrupsiyaya da qalib  gələ bilər. 
http://adr.az/…/Az%C9%99rbaycan-Demokratiya-v%C9%99…
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri

Həmçinin oxuyun

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir…

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu …