Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Qarabağda şiddətli döyüşlər, düşmən 3 hərbçisini itirdi

Qarabağda şiddətli döyüşlər, düşmən 3 hərbçisini itirdi

“Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin məlumatında qeyd olunur ki, hər dəfə canlı qüvvə sarıdan iki-üç qat artıq döyüş itkisi verən düşmən tərəf höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir: “İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endirələcək: “Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq”.

* * *12:22

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan bu gecə qoşunların təmas xəttinin Qarabağ istiqamətində “şiddətli döyüşlərin” getdiyinə dair məlumat verib.

Virtualaz.org saytı xəbər verir ki, Ovansisyan ötən gecənin “çox gərgin keçdiyini”, təfərrüatların qondarma “DQR müdafiə nazirliyi” tərəfindən açıqlanacağını deyib.

Daha sonra Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” bildirib ki, dekabrın 17-dən 18-nə keçən gecə Azərbaycan silahlı qüvvələrinin bölmələri təmas xəttinin cənub, şərq və şimal-şərq istiqamətlərində “növbəti diversiya həmlələri” edib.

Bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Aqasi Qriqoryan (1996) və Ruben Aleksanyan (1996) öldürülüblər. Bundan əlavə dekabrın 17-də təmas xəttinin şimal hissəsindəki erməni mövqelərindən birində 1992-ci ildə anadan olmuş Qor Ohanyan “naməlum şəraitdə aldığı odlu silah yarasından” ölüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində bu gecə davam edən döyüşlərdə ordumuzun bir əsgərinin şəhid olduğunu açıqlayıb.

Bu şiddətli döyüşlər Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində sabah baş tutacaq görüşü ərəfəsində baş verir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın