Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Qarabağ” Vətənə qələbə ilə qayıdır! (VİDEO, FOTOLAR)

“Qarabağ” Vətənə qələbə ilə qayıdır! (VİDEO, FOTOLAR)

UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.
Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.
Oyunu üstün keçirən tərəf ola ağdamlılar bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.
Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.
Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da “Qarabağ” bu şanslardan istifadə edə bilməyib və matç bu hesabla da bitib.
***
“Qarabağ” klubu səfərdə İsveçrənin “Yanq Boyz” klubu qarşısında hesabda irəli çıxdı. Musavat.com xəbər verir ki, komandamızın qolunu 66-cı dəqiqədə Riçard Almeyda vurdu.
“Qarabağ” Futbol Klubun prezidenti Abdulbari Gözəlin qol sevinci
***
“Qarabağ” və “Yanq Boyz” arasında qarşılaşma başlandı. Musavat.com xəbər verir ki, Bern şəhərinin 32 minlik stadionuna oyunu izləmək üçün çox az adam gəlib. Son məlumata görə, qarşılaşmaya 5000 bilet sayılıb. Amma, stadiondakı azarkeşlərin sayı daha azdır. “Qarabağ”ı 150-yə yaxın soydaşımız stadiondan dəstəkləyir.
***
Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz” səddini keçmək əzmindədi.
Pley-offda 5-ci dəfə qüvvəsini sınayacaq “Qarabağ” yalnız 1 dəfə adladığı raundda növbəti uğuruna imza atmaq əzmindədi. Qurban Qurbanovun yetirmələri çətin İsveçrə səfərində məğlub olmamağa çalışacaq.
Bakıdakı oyuna üstün durumda çıxmaq üçün ağdamlılar səfərdən qolla da qayıda bilər. Düzdü, son vaxtlar təmsilçimizin məhsuldarlığı o qədər yüksək deyil. Lakin “Yanq Boyz”la görüşdə bunun əksini nümayiş etdirməklə qrupa doğru böyük addım atmaq mümkündü.
“Qəbələ” kimi “Qarabağ”ın da heyətdə müəyyən itkiləri olsa da, ardıcıl ikinci dəfə qrupa düşmək arzusunda olan təmsilçimiz bu istəyin gerçəkləşməsi üçün ilk addımı atmalıdı.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
20 avqust
23:00. “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Vladislav Bezborodov
Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin
Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
Bern. “Stad de Suiss”
“Yanq Boyz”: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 8. Yan Lekyaks, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo, 31. Yuya Kubo, 99. Juliam Oarao
Ehtiyat oyunçular: 1. Marko Völfli, 3. Floren Hadergyonay, 22. Qreqori Vütriş, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales, 20. Haris Tabakoviç, 77. Samuel Afum
Baş məşqçi: Harald Gemperle
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon
Baş məşqçi: Qurban Qurbanov
FOTOLAR: Abbas Atilay












Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın