Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Qarabağ üzrə Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb

Qarabağ üzrə Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb.

Bu barədə “Report” Rusiya hökumətinin saytına istinadən xəbər verir.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə olunub”, – məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət Üçtərəfli İşçi qrupun yaradılması qərara alınıb.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …