Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Qarabağ üçün son 20 min imza – Sən də qoşul

Qarabağ üçün son 20 min imza – Sən də qoşul

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyanı artıq 80 min nəfər imzalayıb.

Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Bu petisiyaya isə cəmi 5 gün müddətində artıq 80 minə qədər imza toplaya bilib.

Petisiyaya dəstək kampaniyasına Türkiyənin “Fənərbaxça” klubu, “Barselona”nın məşhur futbolçusu Arda Turan və tanınmış aparıcı Acun İlıcalı da qoşulub.

Qeyd edək ki, petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Obama Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

Yaşı 13-dən yuxarı olan şəxslər aşağıdakı link vasitəsilə petisiyaya səs verə bilərlər:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın