Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Qarabağ nizamlanmasında gəlişmə: Səfir sülhün anonsunu verdi? – ŞƏRH

Qarabağ nizamlanmasında gəlişmə: Səfir sülhün anonsunu verdi? – ŞƏRH

Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun ötən gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər erməni ictimaiyyətində ciddi narahatlığa səbəb olub.Qeyd edək ki, Polad Bülbüloğlu, “Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq”-deyə, açıqlama verib.

“Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqlar aparılmasının vacibliyini dönə-dönə qeyd edir.Milanda əldə olunan qarşılıqlı anlaşmanın intensiv, nəticəyə yönələn dialoq üçün sanballı bünövrəyə çevriləcəyinə ümid bəsləyirik.Mövcud vəziyyətin yolverilməz olduğu göz qabağındadır, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.Bütün regionun iqtisadi inkişafı üçün maneə olan bu uzunmüddətli münaqişənin ədalətli həlli üçün cari ildə, nəhayət, konkret addımlar atılacağına inanırıq.Münaqişənin tezliklə aradan qaldırılması bütün regionun dayanıqlı inkişafına, nəqliyyat dəhlizlərinin genişlənməsinə, turizmin daha geniş vüsət almasına şərait yaradacaq. İqtisadi inkişafın sürətlənməsi, maddi rifahın yüksəlməsi uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik üçün imkanlar açacaq”, – deyə səfir qeyd edib.

Qeyd edək ki, bu açıqlamadan sonra erməni mətbuatı Polad Bülbüloğlunu Dağlıq Qarabağa və Ermənistana səfərini gündəmə gətirib. Erməni mətbuatı yazır ki, əgər Rusiya vətəndaşı olan ermənilər Azərbaycana rahat şəkildə gedə bilmirsə, o, zaman Polad Bülbüloğlu niyə bir neçə də Ermənistana və Dağlıq Qarabağ səfər edib? Ermənilər digər tərəfdən etiraf edirlər ki, bu səfərlər rəsmi olub və Sarkisyan rejiminin həyata keçirdiyi xalq diplomatiyası çərçivəsində baş tutub.Bu diplomatiyanı isə Sarkisyan rejimin ən böyük səhvi kimi qələmə verilib.

Bütün hallarda Polad Bülbüloğlunun açıqlaması Ermənistanda ciddi narahatlıqla qarşılanması müsbət addım kimi qiymətləndirilir.Problemin həllinə doğru irəliləyiş hesab olunur.Maraqlıdır, problemin həllində sülhə yoxsa Ermənistanın geri çəkilməyinə ümid etmək olarmı?

Hərbi-siyasi şərhçi Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın maneə yaratdığını deyib:

“Ermənistan mətbuatı da Polad Bülbüloğlunun açıqlamasında qıcıqla yanaşıb. Onun açıqlamalarını ermənilər öz tərbiyələrinə uyğun şərh ediblər.Doğrusu, bu ildə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə ciddi məşğul olacağına inanmıram. Sergey Lavrov mətbuat konfransında da bir sıra açıqlamalar verdi, amma hiss olunurdu ki, bunlar daha çox Ermənistana təzyiq xarakteri daşıyan fikirlərdir. Lavrov bir növ dedi ki, birdən Ermənistan bizdən uzaqlaşar, onda Dağlıq Qarabağ məsələsini həll edərik. Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ məsələsinin həllini ATƏT bütövlükdə Rusiyaya həvalə edib.Rusiyanın isə bu münaqişəni həll etmək fikri yoxdur.2019-cu ildə Rusiyanın Dağlıq Qarabağla bağlı Azərbaycanın maraqlarına, mənafeyinə zərrə qədər uyğun olan addım atacağına inanmıram. Əksinə, Azərbaycana və Ermənistana təzyiq etmək üçün bu il Putin “Qarabağ kartı”ndan gen-bol istifadə edəcək. Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin bu illər ərzində həll olunmamasının yeganə səbəbi rəsmi Moskvanın Azərbaycana qarşı apardığı xain, çirkin siyasətdir.Biz Dağlıq Qarabağ boyda böyük problemin həllini Rusiyadan gözləyirik.Halbuki Rusiyanın istəyi olsaydı öz vətəndaşı olan azərbaycanlı girovun qaytarılması istiqamətində işlər görərdi.Hələ bir öncə Lavrov Bakıda bu məsələ ilə məşğul olacaqlarını demişdi. Onun sevimli kadrı Mariya Zaxarova da söz verdi ki, Rusiya bu məsələ ilə məşğul olacaq. Əgər Rusiya 1 nəfəri separatçı rejimdən almaq istəmirsə, Dağlıq Qarabağ boyda probleminin həllini niyə Rusiyadan gözləyirik?Özümüzü niyə aldadırıq?ATƏT-in Minsk Qrupunun 3 hiyləgər həmsədri toplantılarının fevral ayının ortalarına nəzərdə tutur.Bu cür vaxt uzatmaqla məşğuldurlar. Onların məqsədi, məramı aydındır: Dağlıq Qarabağı Azərbaycandan qoparmaq”.

Polad Bülbüloğlunun optimist çıxışına gəldikdə isə Üzeyir Cəfərov bildirib ki, səfir o qədər də dərin bilgiyə malik deyil: 

“Onun Rusiyadakı səfir olduğu üçün onun nəyisə dərindən bildiyini düşünürük. Amma Dağlıq Qarabağ probleminin həlli nə Polad Bülbüloğlunun, nə də Rusiyanın Ermənistandakı səfirinin çapında olan məsələ deyil.Bu daha böyük məsələdir.Hər birimiz arzulayırıq ki, müsbət nəsə olsun.Amma işin gedişatından daha çox narahatam.Çünki onlar vaxt uzatmaqla Ermənistanın xeyrinə işləməkdə davam edirlər.Bu da Azərbaycanın ziyanına işləyən məsələdir”.

Həmçinin oxuyun

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan …