Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / `Qarabağ münaqişəsinin həlli mümkün deyil` – Kerridən sensasion açıqlama

`Qarabağ münaqişəsinin həlli mümkün deyil` – Kerridən sensasion açıqlama

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb“.

Azinforum.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

“Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür. Hər şeydən əvvəl liderlər buna hazır deyillər. Lakin İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə onları keçmişdə qoymağın yolları mümkündür. Düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – deyə Kerri vurğulayıb.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın