Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / “Qarabağ məsələsində diqqət yetirməli olduğumuz əsas məqam bu olmalıdır ki…”

“Qarabağ məsələsində diqqət yetirməli olduğumuz əsas məqam bu olmalıdır ki…”

“Ekoloji terror Ermənistanın işğal və anneksiya siyasətinin tərkib hissəsidir. Hansı ki, bu tərkib hissəsində böyük cinayətlər mövcuddur”.

Bunu Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. T.Zülfüqarov hesab edir ki, ermənilərin digər cinayətləri kimi ekoloji müstəvidə həyata keçirdikləri cinayətlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, ifşa edilməlidir:

“Ermənistan Azəbaycana qarşı bir sıra ağır cinayətlər törədib. Etnik təmizləmə, insanlığa qarşı cinayətlər və s. Ermənilərin işğal edilmiş ərazilərdə ekoloji zəmində ağır cinayətlər törətdiyi, ekoloji tarazlığı pozması və s. ilə bağlı da məlumatlar var. Daha bir narahatverici məlumat isə ermənilərin işğal edilmiş bu torpaqlarda narkotik maddələr əkməsi, bu ərazidən narkotik maddələrin tranzit yolu kimi istifadə etməsi ilə bağlıdır.

Təbii ki, ermənilərin ekoloji zəmində həyata keçirdiyi cinayətlər erməni işğalını tamamlayan bir element kimi təbliğ edilməlidir. Lakin biz əsas elementi daim diqqət mərkəzində saxlamalıyıq. Ermənistanın işğal, anneksiya və etnik təmizləmə siyasəti diqqət mərkəzində saxlanılmalıdır. Biz bu məsələləri daim gündəmə gətirməli, bütün mümkün məsələlərlə Ermənistanın işğalçı siyaətini ifşa etməliyik”.

Həmçinin oxuyun

Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?

26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas  məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz …