Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Siyasət / Qarabağ Komitəsindən Qüdrət Həsənquliyevə cavab

Qarabağ Komitəsindən Qüdrət Həsənquliyevə cavab

“Qarabağ probleminin həlli tələbi ilə kütləvi aksiyalar keçirilməsi üçün sentyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”. 

Bu sözləri Yenisabah.az-a Qarabağ Komitəsinin üzvü, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib. Onun sözlərinə görə, müraciətə müsbət cavab veriləcəyinə dair gözləntisi yoxdur. 

“Ümumiyyətlə, Qarabağ Komitəsi bu məsələdə hüquqi nihilizmlə üzləşib. Təsəvvür edin ki, Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsini məqsəduyğun hesab etmir. Bununla bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə isə bildirir ki, meriyanın aksiyaları məqsəduyğun hesab etməməsi qadağa sayılmır. Bu o deməkdir ki, biz aksiya keçirə bilərik. 

Lakin Bakı Şəhər Baş Polis İdarəsi aksiyaların qarşısını alacağını deyir. Bu faktiki olaraq məhkəmənin qərarını saymamaqdır. Ona görə də Qarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsini də məhkəməyə verib”.

Bu arada deputat Qüdrət Həsənquliyev Qarabağ Komitəsinin mitinq keçirmək istəyinə münasibət bildirib. O, moderator.az-a açıqlamasında deyib: “Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər. Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan  doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa, onun ziyanı xeyirindən çox olacaq”.

İlham İsmayıl isə deputatın qanaşmasını yanlış sayır. “Biz müharibə tələbilə mitinq keçirmirik ki, həmin partiyalarla hansısa söhbətlər aparaq. Biz tələb edirik ki, münaqişənin həlli sürətləndirilsin. Necə həll olunacaq, bu artıq başqa mövzudur”.

Həmçinin oxuyun

Səfər Əbiyevlə Ziya Məmmədov niyə işsiz qalıb?

Hər iki sabiq nazir vəzifədən çıxarıldıqdan sonra “ali məktəbə” belə düşə bilmədilər; kimlər hökumətdən hələ …