Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Qarabağ erməniləri Anna Akopyana qəzəbləndi: “Bəsdir, yaralarımıza duz səpdiniz, gedin!”

Qarabağ erməniləri Anna Akopyana qəzəbləndi: “Bəsdir, yaralarımıza duz səpdiniz, gedin!”

44 günlük savaş təkcə “məğlubedilməz” erməni ordusu, yaxud “nəhəng” erməni diasporu barədə mifləri dağıtmadı. Savaşdan sonra baş verənlərin müşahidəsini apardıqca görürük ki, ermənilərin birliyi barədə iddialar da nağıl imiş, bu “birlik” sabun köpüyü kimi əriyib getməkdədir.

Diqqət edin, işğalçı ölkədə az qala hamı bir-birinə dəyib, hər kəs ittiham edir, günahlandırır, lənətləyir. Özü də təkcə hakimiyyəti yox. Qarabağ ermənisi Ermənistan ermənisinə qarşıdır, Zəngəzur kəndlisi irəvanlıya. “Millət” deyilən, hətta bəzən həsəd aparılan belə olurmu? Belə görünür ki, çox şişirtmişik vaxtilə…

Ən maraqlı detallardan biri də Qarabağ ermənilərinin Nikol Paşinyanın arvadına qarşı qəzəbidir. Vaxtilə “Sülh naminə qadınlar” hərəkatını təsis edib, azərbaycanlı qadınlara da bura qoşulmağa çağırış edən, amma sonradan silaha sarılan bu “sülh quşu”nu lənətləyir Qarabağdakı ermənilər. Onlar hesab edirlər ki, başlarına gələn müsibətlərin səbəbkarı təkcə Paşinyan deyil, həm də Annadır…

12699078.jpg (193 KB)

Anna Akopyan özünün feysbuk hesabında elan edib ki, “Mənim addımım” fondu Qarabağda ölmüş, yaralanmış və ölmüş hərbçilərin uşaqlarına (4750 nəfər) yeni il hədiyyələri paylayacaq. Ancaq o, bu elanı ilə ermənilərə dağ çəkib. Qarabağ erməniləri çox qəzəblidir. Onlar “bəsdir, bizim yaralarımıza duz səpdiniz, gedin!”,- deyə, etiraz edirlər. Qarabağ erməniləri Anna Akopyana yeni ad da qoyublar: “Erato”.

Bununla da xatırladırlar ki, Paşinyanın arvadı Qarabağ döyüşlərinin qızğın vaxtında başına 13 nəfər qadını yığıb döyüşə yollanacağını demişdi, dəstəyə də “erməni kraliçası” Eratonun adını qoymuşdu.
Qarabağ erməniləri “xainlərin ayağı mənim yaralı artsaxıma dəyməməlidir, onların buna haqqı yoxdur”,- deyə hikkəli şəkildə bəyan edirlər. Onlar Nikol Paşinyanın Yerablur panteonunda və Zəngəzurda minlərlə mühafizəçi və polisin olmasına baxmayaraq, əhalinin sərt etirazı ilə üzləşdiyini xatırladaraq, Ermənistan hakimiyyətinə qarşı nifrətin olduğunu vurğulayıblar. Xəbərdarlıq ediblər ki, Anna Akopyan Qarabağa ancaq qolları qandallı gətirilə bilər. Qeyd olunub ki, Akopyan müharibə günlərindəki hərəkətlərinə görə məhkəmədən yayına bilməyəcək.

Təbii ki, bu müraciət müəllifləri olan Qarabağ erməniləri hələ də özlərini “müstəqil subyekt” saymaqda davam edirlər və bu da hələlik onların reallığı dərk etmədiklərinin nümayişidir. Amma fakt bundan ibarətdir ki, Qarabağ erməniləri ilə Ermənistan hakimiyyəti arasında dərin uçurum yaranıb və mövcud hakimiyyətə hələlik alternativ yoxdur. Musavat.com

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …