Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Qarabağ” azarkeşləri klubun Bakıdakı yeganə mağazasına axın edir

“Qarabağ” azarkeşləri klubun Bakıdakı yeganə mağazasına axın edir

“Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından sonra klubun Bakıdakı yeganə mağazasında alıcılar arasında növbə yaranıb. Azarkeşlər komandaya dəstək üçün fan şopdan heç olmasa bir geyim və ya aksessuar almağa çalışırlar. Bir ay əvvəl açılışı olan mağazada hər gün onlarla alıcı alış-veriş edir.

Mağazanın satıcısı Tural İlyasovun virtualaz.org-a bildirdiyinə görə, azarkeşlər tərəfindən ən çox alınan komandanın forması və şarflardır.

Mağazadan çempionlar liqası ilə bağlı 30 faiz endirim olduğundan bu da fan şopa üz tutan alıcıların sayını artırıb: “Ən çox forma dəsti və tək köynəklər satılır. Forma 65 manatdan 45 manata düşüb. Tək köyənəklər də 25 manatdan endirimlə 17 manata satılır. Şarf da ən çox satılanlar arasındadır, qiyməti isə 12 manatdır. “Qarabağ”ın mərhələ adlamasından sonra mağazanın geyimlərini alanların sayı çoxalıb. Turistlər arasında da maraq çoxdur, yerli camaat da gəlir”, – deyə satıcı bildirir.

T. İlyasovun sözlərinə görə, mağazada ən ucuz satılan qələmlərdir. Burada ən ucuz qələmin qiyməti 60 qəpikdir. Bundan başqa, 2-3 manata da qələm, 4 manat 50 qəpiyə “Qarabağ” klubunun nişanlarını, 4 manata rezin qolbaqlar, 5 manata breloklar, 14 manata su qabları, 15 manata kepkalar tapmaq olar. “Qarabağ”a aid qalstuklar endirimdədir, onların qiyməti 30 manatdır.

Satıcı qadınlar arasında da komandaya məxsus geyim və aksessuarlara böyük maraq olduğunu deyir. Lakin fan şopa üz tutan qadınların əksəriyyəti həyat yoldaşlarına hədiyyə almaq üçün gəlirlər.

“Qarabağ”ın qalibiyyətindən sonra müştərilərin sayı artıb. Satıcı deyir ki, açıldığı müddət ərzində mağazadan alış-veriş edənlər arasında 1 yaşından 70 yaşadək hər cür azarkeş olub.

Futbolçulardan isə hələ ki, mağazaya baş çəkən olmayıb: “Futbolçularımızdan gələn olmayıb. Oyunla əlaqədar onların başları qarışıqdır. Amma gələcəklər, çünki gələcəkdə mağazada futbolçuların imza gününü keçirmək planlaşdırılır”, – deyə satıcı qeyd edir.

T. İlyasov deyir ki, gələcəkdə paytaxtın digər ticarət mərkəzlərində də komandanın fan şoplarının açılamsı planlaşdırılır: “Gələcəkdə “28 Moll”, “Gənclik moll”, “Port Baku” və digər yerlərdə də mağazalarımzı açılacaq. Yeni kolleksiyamızın sentyabrdan satışa çıxarılacağı gözlənilir”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın