Ana səhifə / Siyasət / “Qar uçqunu zamanı ölən ailə üzvlərinin dəfni üçün yardım ediləcək” – VİDEO

“Qar uçqunu zamanı ölən ailə üzvlərinin dəfni üçün yardım ediləcək” – VİDEO

Lerik rayonunda qar uçqunu zamanı ölən ailə üzvlərinin dəfni üçün yardım ediləcək. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Orand kəndində qar uçqununun evin üzərinə tökülməsi nəticəsində faciəvi şəkildə ölən ailə üzvləri bu gün torpağa tapşırılacaq. Baş verən təbii fəlakət zamanı iki ailənin yaşadığı evin bir hissəsi uçduğundan, qalan hissəsinin qəzalı vəziyyətə düşməsi səbəbindən ev yaşayış üçün yararsız hala düşüb. Sağ qalan ailə üzvləri qohumlarının evlərində yerləşdiriliblər. Fövqəladə Hallar Nazirliyinin Cənun Regional Mərkəzinin əməkdaşları hadisə yerində olub, zəruri yardımlar göstəriblər. Rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, rayon rəhbərliyi tərəfindən, daxili imkanlar hesabına ailəyə dəfn xərclərinə görə, yardım veriləcək.

Qeyd edək ki, dünən günorta saatlarında Lerik rayonunun Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri – 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından huşsuz vəziyyətdə çıxarılsa da süni nəfəs verməklə onu həyata qaytarmaq mümkün olub. Lerik Rayon Mərkəzi Xəstaxanasına çatdırılan körpə Elcan Zöhrab oğlu Mustafayevin vəziyyəti hazırda normaldır. Lakin, onun səhhəti tam normallaşana qədər bir neçə gün xəstəxanada qalması məsləhət görülüb.

Video Player

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın