Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Siyasət / QAQB-nin adı dəyişdirildi – QAAT

QAQB-nin adı dəyişdirildi – QAAT

22 sentyabr 2021-ci il tarixdə konfrans keçirilib. Konfransın gündəliyinə Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin adının dəyişdirilməsi, yeni adda olan təşkilatın nizamnaməsinin təsdiqi, yeni tərkibdə İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komitəsinin üzvlərinin, müavinlərin və sədrlərin seçilməsi, sənədlərin dövlət qeydiyyatına alınması məsələləri salınıb.

Müzakirələr nəticəsində günün tələblərinə uyğun olaraq artıq birliyin təşkilata çevrilməsi məsələsi qaldırıldı. Konfransda iştirak edənlər təşkilata bir neçə variantda ad təkilf etdilər. Açıq səsvermə yolu ilə təşkilatın adı Qərbi Azərbaycan (Ermənistan) Azadlıq Təşkilatı (QAAT) olaraq qəbul edildi. Sonra təşkilatın yeni Nizamnaməsi müzakirə olundu və yekdilliklə təsdiq edildi. Təşkilata yeni tərkibdə 11 nəfərdən ibarət İdarə heyəti seçildi və onların tərkibindən Əli Vəliyev sədr və  Namiq Aslanov, Qasımov İntiqam, Qəhrəman Qəhrəmanov müavin seçildilər. Konfrans həm də təşkilatın Mərkəzi Nəzarət Təftiş Komitəsinin 5 nəfədən ibarət üzvünü və bu tərkibdən Kamran Qasımovu sədr və Konul Vəliyevanı müavin seçdi. Təşkilatın sənədlərinin hazırlanıb dövlət qeydiyyatına verilməsi Rövşən Həsənova həvalə edildi. Bunula konfrans öz işini bitirdi.

Azinforum.az

Həmçinin oxuyun

“Pis sülh, yoxsa yaxşı müharibə”: Bizim üçün hansı məqbuldur?

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında …