Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qanunsuz sərnişin daşıyan 4 avtobus saxlanıdı – Bakı-Sumqayıt yolunda

Qanunsuz sərnişin daşıyan 4 avtobus saxlanıdı – Bakı-Sumqayıt yolunda

Xəbər verdiyimiz kimi dünən Bakı-Sumqayıt yolunda baş verən dəhşətli yol qəzası polisi ayağa qaldırıb.

8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC-nin rəisi Ramil İsmayılov “Qafqazinfo”ya açıqlamasıdna bildirib ki, dünəndən başlayan reydlər bu gün də davam edir və gün ərzində 4 sürücü cərimələnib: “Bakı-Sumqayıt yolunda, Abşeron rayon Xırdalan dairəsi ərazisində günorta saatlarına qədər reydlərimiz olub. Dünən ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi saxlanılıb və onlardan 8-i cərimələnib. Bu gün də qanunsuz sərnişindaşıma ilə məşğul olan 4 nəqliyyat vasitəsi saxlanılıb. Bir neçə sürücü ilə əməkdaşlarımız arasında mübahisə düşdüyü üçün onlar polis bölməsinə aparılmışdı. Bu gün isə bu kimi hallara rast gəlinməyib. Biz reydləri mütəmadi şəkildə edirik, dünənki hadisədən sonra məsələnin üstünə daha ciddi düşmüşük. Reydlərdə birgə iş üçün polis bölməsinə, YPX əməkdaşlarına da müraciət etmişik. Dünən rəhbərlik tərəfindən də göstəriş verilib, bu qaydada reydlər hələ bir müddət davam etdiriləcək”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın