Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qanunsuz fəaliyyətə görə 4 aptek bağlandı

Qanunsuz fəaliyyətə görə 4 aptek bağlandı

İl ərzində 84 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb.

 

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dərmanların topdan və pərakəndə satışına nəzarət məqsədilə Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi planlı və plandan kənar yoxlamalar həyata keçirir.

 

Plandan kənar yoxlamalar qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. Bu il ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati xətalar məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib.

 

Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb. Bir aptekin fəaliyyəti dayandırılıb. Cəmi, yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

 

2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın