Cümə , Sentyabr 20 2019
Ana səhifə / Siyasət / Qan Turalıdan Şahbaz Xuduoğlunun yazısına- Cavab

Qan Turalıdan Şahbaz Xuduoğlunun yazısına- Cavab

Yazıçı Qan Turalı ilə “Əli və Nino” Kitab Mağazalar Şəbəkəsi arasında baş verən qalmaqal davam edir.

Qan Turalı  “Qafqazinfo”ya açıqlamasında “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun naşir və yazar münasibətlərindən bəhs edən yazısına cavab verib:

“Məsələni dolanbaca salmaq lazım deyil. Çünki sual çox sadə qoyulub: “Əli və Nino” Qan Turalının “Doqquz hekayə” kitabını niyə satmır? Necə olur ki, mənim “Qanun nəşriyyatında çap olunan” “Mustafa” romanım “Əli və Nino”da satılır, amma “Doqquz hekayə” yox. Sual bu qədər sadədir.

Ya da Anar Rzayevin “Qanun”da çıxan kitabı satılır, AYB Kitabda çıxan kitabı yox. Seymur Baycanın yeni kitabları niyə “Əli və Nino”da yoxdu?”

Qan Turalı  qeyd edir ki, “Qanun” nəşriyyatı yazıçılara qonarar vermir:

“Biz öz hesabımıza kitab buraxıb az da olsa pul qazanmaq istəyəndə qarşımız “Əli və Nino” tərəfindən kəsilir. Bunun adi hüquqda inhisarçı şaquli saziş deyilmi? Məgər bu ədalətdirmi? Məgər bu mənəvi imperativlərə uyğundurmu? Mən bu suala cavab axtarıram və hörmətli Şahbaz bəydən də xahiş edirəm ki, bu suallara cavab versin”.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib. O, bu barədə …

Bir cavab yazın