Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Qalmaqallı Lamiyə Bakıya köçür – Səbəb

Qalmaqallı Lamiyə Bakıya köçür – Səbəb

Həbsdə ana olması ilə gündəmi çalxalamış Lamiyə Quliyeva iş axtarır.

Axar.az-ın xəbərinə görə, azadlığa çıxandan sonra Bakıya köçməyə hazırlaşan keçmiş məhkum orta təhsilini başa vura bilmədiyi üçün iş tapmaqda çətinlik çəkir. Bu da ona ciddi problem yaradıb.

Lamiyə paytaxtda məskunlaşmaq arzusundadır. Ona iş və mənzil şəraiti yaradılacağı gözləntisi var.

12 il həbsdən sonra azadlığa çıxan L.Quliyeva övladı ilə birlikdə Bakıda yaşamaq planı qurub. Onu da yada salaq ki, Lamiyə şəxsiyyət vəsiqəsi alıb. O, həbs ediləndə 15 yaşı olub.

2003-cü ildə Lamiyə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilib. Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb. Ana olması ilə gündəmə gələndən sonra Quliyeva azad edilib.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın