Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / “Qafqazda regional müharibə başlaya bilərdi“ – KTMT rəsmisi

“Qafqazda regional müharibə başlaya bilərdi“ – KTMT rəsmisi

“Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilərdi”.

Bunu KTMT-nin baş katibi Stanislav Zas telekörpü zamanı deyib.

KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Stanislav Zas bununla razılaşmayıb:

“Əlbəttə, yox. Bu il baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.

Baş katib xatırladıb ki, özü də missiyanın üzvü olub.

“Bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, niyə işğalın aradan qaldırılmasına kömək etməyiblər… Bu cür addımların mümkün nəticələrini başa düşməlisiniz. Bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlaya bilərdi”, – deyə Zas xəbərdarlıq edib.

Eyni zamanda o, missiyanın nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib. “Missiyaya, yardım təklifinə gəlincə, məqamlardan biri missiyanın sərhədə göndərilməsi idi. Tərkib, müddətlər, 2 ay, vəzifələr və mandat göstərilib. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır. Onlar qüvvədə qalır. Ermənistan bütün 6 və ya ayrı-ayrı bəndlərlə razıdırsa, onlar kifayət qədər tez həyata keçirilə bilər. Öz tərəfimdən hesab edirəm ki, faydalı olardı. Amma buna, təbii ki, Ermənistan qərar verməlidir”, – deyə Zas qeyd edib.

Həmçinin oxuyun

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək …