Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar – Foto

Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar – Foto

Bu gün Qafqaz Universitetində yeni rektorun tələbə və müəllim heyəti ilə görüşü baş tutub.

” Azinforum.az ” azxeber.com-a istinadən xəbər verir ki, universitetin yeni rektoru Elmar Qasımov sələfi Ahmet Saniç haqqında xoş sözlər deyib və onun Qafqaz Universiteti üçün etdiklərinə görə təşəkkür edib.

Elmar Qasımov həmçinin qeyd edib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq:

“Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.

Daha sonra tədbirdə yeni və köhnə rektor səmimi şəkildə görüşüb və bu məqam bəzi müəllimləri kövrəldib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın