Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qafqaz universitetinin diplomu tanınmayacaq – Şok iddia+Rektordan açıqlama

Qafqaz universitetinin diplomu tanınmayacaq – Şok iddia+Rektordan açıqlama

Bir neçə gün əvvəl Türkiyə mediasında FETÖ-nün xaricdəki ali məktəblərinin diplomlarının tanınmayacağı barədə məlumat yayımlanıb. Qafqazinfo” xəbər verir ki, qanunda edilən dəyişikliyin hansı universitetlərə şamil edildiyi qeyd olunmayıb. 

Qafqazinfo” olaraq sentyabrın 19-u Təhsil Nazirliyinə sözügedən siyahıda Qafqaz universitetinin adının olub-olmaması ilə bağlı sorğu göndərsək də, hələ də cavab verilməyib.

Bu gün isə Unikal.org saytı Qafqaz universitetinin diplomlarının da Türkiyədə tanınmayacağı barədə məlumat dərc edib.

Universitetin rektoru Havar Məmmədov isə Lent.az-a açıqlamasında qərarla bağlı Qafqaz Universitetinin idarə heyətində heç bir məlumat olmadığını bildirib:

“Ola bilsin ki, Türkiyə Təhsil Şurası belə bir qərar qəbul etsin, amma o qərarla biz tanış olmamışıq. Ancaq qərara baxmayaraq, bütün dünyada diplomların, ixtisasların tanınması qaydaları, şərtləri var ki, bu şərtlərə əsasən diplomlar tanınır. Bizim də universiteti bitirən bütün tələbələrin diplomları Türkiyədə, eləcə də digər xarici ölkələrdə tanınacaq. Universitetimizin bakalavrlarının Türkiyədə magistr təhsili ala bilməyəcəkləri barədə xəbərə gəldikdə isə, onu deyim ki, bizim tələbələr xaricdə təhsil almaq hüququndan əvvəl olduğu kimi istifadə edə biləcəklər.Tələbələrimiz heç narahat olmasınlar, biz hər zaman tələbələrimizin arxasındayıq. Hər şey qaydasına düşəcək”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın