Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / Qadını xilas edərkən huşunu itirən polisdən xəbər var

Qadını xilas edərkən huşunu itirən polisdən xəbər var

Ötən həftə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada iki qadının həyatını xilas edən polisdən xəbər var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis kiçik serjantı Əkrəm Dərxot hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. O A. Heydərəov adına Respublika Hospitalında bir gecə qalıb. Səhəri gün isə öz xahişi ilə yenidən Post Patrul Xidmətində işini davam etdirib. Səhhəti yaxşıdır.

Xatırladaq ki, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.

 

Həmçinin oxuyun

Türkiyə Prezidenti məcburi köçkünlərə çağırış edib

“Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”. “Report”un iclasda iştirak …

Bir cavab yazın