Ana səhifə / Siyasət / Qadın hərbçilərə şalvar geyinməyə icazə verildi – Siyahı+Fotolar

Qadın hərbçilərə şalvar geyinməyə icazə verildi – Siyahı+Fotolar

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:

1.1. 2.3-cü və 3.4-cü bəndlərin on üçüncü cümləsində “tərəfində” sözü “səthində” sözü ilə əvəz edilsin;

1.2. 2.8-ci bənd üzrə:

1.2.1. ikinci cümlədə “qatlanan” sözü “dik” sözü ilə əvəz edilsin;

1.2.2. beşinci cümləyə “yarıqlıdır” sözündən sonra “(yalnız uzunqol köynəkdə)” sözləri əlavə edilsin;

1.2.3. onuncu cümlə çıxarılsın;

1.3. 2.17-ci və 3.19-cu bəndlərin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir.”;

1.4. 3.1.5-ci yarımbəndə “yaxası üçbucaq” sözlərindən sonra “şəkilli” sözü əlavə edilsin;

1.5. 3.1.6-cı yarımbəndə “yubka” sözündən sonra “və şalvar” sözləri əlavə edilsin;

1.6. 3.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:

“Ali zabitlər üçün gödəkcənin qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.”;

1.7. 3.3-cü bənd üzrə:

1.7.1. birinci cümlədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda on birinci cümlə əlavə edilsin:

“Ali zabitlər üçün plaşın qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.”;

1.8. 3.5-ci bəndin səkkizinci cümləsində “Yaxalığı dikdir, trikotajdandır” sözləri “Tikilmə dik yaxalıqlıdır” sözləri ilə əvəz edilsin;

1.9. 3.10-cu bəndin ikinci cümləsində “qatlanan” sözü “dik” sözü ilə əvəz edilsin;

1.10. aşağıdakı məzmunda 4.1.2-1-ci və 4.1.2-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.2-1. qış gödəkcəsi – kamuflyaj edilmiş;

4.1.2-2. qış şalvarı – kamuflyaj edilmiş;”;

1.11. 4.1.14-cü yarımbənd ləğv edilsin;

1.12. 4.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:

“Gödəkcə kəmərsiz daşınır (şəkil 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8).”;

1.13. aşağıdakı məzmunda 4.11-1-ci və 4.11-2-ci bəndlər əlavə edilsin:

“4.11-1. Qış gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, dik yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır, ətəyi rezinlidir. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə düymələnir. Gödəkcə bel kəmərsiz daşınır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir.

4.11-2. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.”;

1.14. 4.12-ci bənd üzrə:

1.14.1. birinci cümlədə “qatlanan” sözü “dik” sözü ilə əvəz edilsin;

1.14.2. üçüncü cümləyə “astarlıdır” sözündən sonra “, ətəyi rezinlidir” sözləri əlavə edilsin;

1.14.3. aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:

“Gödəkcə kamuflyaj edilmiş səhra bel kəmərsiz daşınır.”;

1.15. 4.16-cı bənd ləğv edilsin;

1.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında – qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Xidmətin tibbi profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur (şəkil 98-1, 98-2).”;
1.17. 5.12-ci bəndin ikinci cümləsinə “Xidmətin bütün hərbi qulluqçularının” sözlərindən sonra “(Xidmət rəisi və ali zabitlər istisna olmaqla)” sözləri əlavə edilsin və həmin cümlədən “, demisezon gödəkcə” sözləri çıxarılsın.

Hərbçilərin hərbi geyim formasının və fərqlənmə nişanlarnın təsvirləri ilə bu linkə daxil olaraq tanışa ola bilərsiz.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın