Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Siyasət / Qabil Hüseynlidən Elmar Məmmədyarova sərt tənqid

Qabil Hüseynlidən Elmar Məmmədyarova sərt tənqid

“A kişi, sən səbirsizliklə Şuşaya, Zəngilana getməyi gözlə! Nə futbol? Sənin futbol oynayan yaşındır?!”

“Bu gün Qarabağ məsələsi ilə bağlı aktiv diplomatik siyasət aparmaq lazımdır. Ancaq bizim xarici işlər naziri danışanda futboldan danışır, futbola gedəcəyi günü, mundialı səbirsizliklə gözlədiyini deyir”. Bu fikirlər politoloq Qabil Hüseynliyə məxsusdur. Siyasi şərhçi XİN rəhbəri Elmar Məmmədyarovun bir müddət öncə futbolla bağlı media mənsublarına dediklərinə çox sərt reaksiya verib. 
Qeyd edək ki, cənab Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında futbola böyük marağının olmasından bəhs edib. “Baxmayaraq ki, 56 yaşındayam, imkan olduqca uşaqlarla futbol oynayıram”-deyən nazir üstəlik, xarici siyasətdən futbol idarəçiliyinə adaptasiya dövrü ilə bağlı ünvanlanan suala belə cavab verib: “Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. Burada ilk gündən özünü nəinki azarkeş kimi hiss edirsən, hətta imkan olduqca meydana da çıxırsan. Baxmayaraq ki, 56 yaşındayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram”.
Q.Hüseynli isə “Yeni Müsavat”a açıqlamasında Qarabağ danışıqlarında müəmmalı bir vəziyyətin yarandığı şəraitdə futbola marağından bəhs edən XİN başçısını topa tutub: “A kişi, sən səbirsizliklə Şuşaya, Zəngilana getməyi gözlə! Nə futbol? Sənin futbol oynayan yaşındır?! Gəl səninlə bir futbol oynayım, qol-qabırğanı sındırım, onda futbolun nə olduğunu bilərsən”. Q.Hüseynli naziri futbol oyununa hazırlaşmağa çağırdı: “Xahiş edirəm, elə belə də yazın ki, Qabil Hüseynli naziri futzal oynamağa çağırır. Qoy o da komandanı yığsın, mən də yığıram”.
XİN-in mətbuat katibi Hikmət Hacıyevdən səslənən tənqidi fikirlərə münasibət soruşduq. Diplomat “Azərbaycanda fikir plüralizmi var, hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir” deməklə kifayətləndi.

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın