Ana səhifə / Siyasət / “Qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb” – DEPUTAT

“Qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb” – DEPUTAT

Vətən müharibəsindəki Zəfərdən sonra bir sıra paytaxtlarda Azərbaycana qarşı təhdidlərin sayı artmaqdadır. Doğrudur, Senati əlehimizə qətnamə qəbul edən Fransa savaş zamanı da ikili standartlardan çıxış edərək işğalçı Ermənistanı dəstəkləyir və əslində o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu.

Parisdəki qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət döriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub.

Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi priorietdir. Ancaq Fransa Senatının qəbul etdiyi son qətnamə Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Qafqazın ən güclü ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər ilə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Ümid edək ki, bu gün aqressivləşən bir sıra paytaxtlar bunu daha qısa zamanda anlayacaqlar.

Vüqar Bayramov, millət vəkili

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …