Cümə , İyul 19 2019
Ana səhifə / Siyasət / Qəddafinin oğlu azadlığa çıxdı – FOTOLAR

Qəddafinin oğlu azadlığa çıxdı – FOTOLAR

Liviyanın 2011-ci ildə öldürülən lideri Muammer Qəddafinin oğlu Seyfülislam Qəddafinin vəkilinin açıqlaması beynəlxalq ictimaiyyətdə bomba təsiri yaradıb.
 “France 24” kanalına danışan vəkil Kərim xan Liviyada keçən il edam cəzasına məhkum edilmiş 44 yaşındakı Seyfülislam Qəddafinin bir neçə ay öncə- aprelin 12-də sərbəst buraxıldığını söyləyib.
Xan əfv ilə sərbəst qalan oğul Qəddafinin “Liviyada yaxşı və etibarlı yerdə olduğunu” ifadə edib.
Xatırladaq ki, Seyfülislam Qəddafi 2011-ci ildə Liviyadan qonşu ölkə Nigeriyaya ​​qaçmağa çalışarkən tutulmuşdu.
Təxminən beş ildir Liviyanın şimal-qərbindəki Zintanda zindanda yatan Seyfülislam Qəddafi keçən il Trablusdakı bir məhkəmə tərəfindən qiyabi mühakimə olunaraq edam cəzasına məhkum edilmişdi. Liviyada Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən qiyam zamanı üsyançıların öldürülməsində oynadığı rol səbəbi ilə edam cəzası alan oğul Qəddafi haqqında Beynəlxalq Cəza Məhkəməsi də 2011-ci ildə həbs qərarı çıxartmışdı.
Qəddafinin oğlu azadlığa çıxdı-FOTOLAR
Qəddafinin oğlu azadlığa çıxdı-FOTOLAR
Qəddafinin oğlu azadlığa çıxdı-FOTOLAR

 

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın