Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Qə­bi­rüs­tü abi­də­lər­lə bağ­lı Nax­çı­van təc­rü­bə­si bü­tün Azər­bay­can bo­yu diq­qət çək­mə­yə baş­la­yır

Qə­bi­rüs­tü abi­də­lər­lə bağ­lı Nax­çı­van təc­rü­bə­si bü­tün Azər­bay­can bo­yu diq­qət çək­mə­yə baş­la­yır

Se­yid Ca­mal Əzim­bəy­li: “Nax­çı­van­da dəfn mə­ra­sim­lə­ri ilə bağ­lı gö­rü­lən iş­lər di­gər böl­gə­lər­də də tət­biq olun­ma­lı­dır”

“Nax­çı­van­da yas mə­ra­sim­lə­rin­də is­raf­çı­lı­ğa yol ve­ril­mə­si yı­ğış­dı­rı­lıb”

Azər­bay­can xal­qı hər za­man adət-ənə­nə­lə­ri, mil­li-mə­nə­vi də­yər­lə­ri ilə se­çi­lən xalq olub. Bu də­yər­lər əsrlə­rin sı­na­ğın­dan üzü­ağ çı­xa­raq mü­a­sir döv­rü­mü­zə­dək ya­şa­dı­ğı­mız hə­yat tər­zi­nin bir his­sə­si­nə çev­ri­lib. Də­yər­lə­ri­mi­zi ya­şa­dan isə bi­zə bö­yük­lə­ri­miz­dən mi­ras qal­mış əx­la­qı­mız, soy­kö­kü­mü­zə bağ­lı­lı­ğı­mız və bu ənə­nə­lə­ri­mi­zin di­ni də­yər­lə­ri­miz­lə bir-bi­ri­ni ta­mam­la­ma­sı­dır.
An­caq eti­raf edək ki, bə­zən də­yər­lə­ri­mi­zi mə­nə­vi aşın­ma­la­ra mə­ruz qo­yan da bi­zik. Bəl­li­dir ki, son il­lər dəfn-yas mə­ra­si­mi ilə bağ­lı mü­əy­yən prob­lem­lər ya­şa­nır­dı. Qə­bir­lə­rin təm-ta­raq­lı for­ma­da ha­zır­lan­ma­sı heç ki­mə sirr de­yil.
Ar­tıq bu is­ti­qa­mət­də mü­əy­yən iş­lər gö­rü­lür. Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın bü­tün böl­gə­lə­rin­də­ki qə­bi­ris­tan­lıq­lar­da mə­zar­la­rın də­mir çə­pər­lə­ri və­fat edən­lə­rin ya­xın­la­rı tə­rə­fin­dən sö­kü­lü­rək gö­tü­rü­lür, əra­zi­lər­də tə­miz­lik və sə­li­qə-sah­man ya­ra­dı­lır.
Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Di­ni Qu­rum­lar­la İş üz­rə İda­rə­si­nin rə­i­si Vü­qar Ba­ba­yev Nax­ci­vantv.az-a açıq­la­ma­sın­da de­yib ki, Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2007-ci il 27 no­yabr ta­rix­li Qə­ra­rı­na əsa­sən, möv­cud olan mə­zar­lıq­lar­da dəfn za­ma­nı qə­bir­lə­rin mil­li-di­ni də­yər­lə­rin tə­ləb­lə­ri­nə və qay­da­la­ra uy­ğun öl­çü­də sa­lın­ma­sı zə­ru­ri­dir: “Hər bir qə­bir üçün öl­çü qay­da­la­rı mü­əy­yən olu­nub. Qay­da­la­ra əsa­sən, hər bir mə­za­rın eni 1 metr 40 san­ti­metr, uzun­lu­ğu isə 2 metr 20 san­ti­metr ola­raq mü­əy­yən­ləş­di­ri­lib”.
Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da dəfn-yas qay­da­la­rı­na əha­li­nin ri­a­yət et­mə­si hər kəs tə­rə­fin­dən xoş qar­şı­la­nır.
İla­hiy­yat­çı Se­yid Ca­mal Əzim­bəy­li “Ba­kı-Xə­bər”ə açıq­la­ma­sın­da qeyd et­di ki, Azər­bay­can­da qə­bir yer­lə­ri ilə bağ­lı cid­di prob­lem var. Bu­nun­la bağ­lı ai­diy­yə­ti qu­rum­lar ma­a­rif­lən­dir­mə işi apar­sa da, tə­əs­süf ki, in­san­lar öz is­tək­lə­rin­dən əl çək­mək is­tə­mir. An­caq Nax­çı­van­da və­ziy­yət di­gər böl­gə­lə­rə nis­bə­tən yax­şı­dır:

“Nax­çı­van­da yas mə­ra­sim­lə­rin­də is­raf­çı­lı­ğa yol ve­ril­mə­si yı­ğış­dı­rı­lıb. Ar­tıq hə­min böl­gə­nin yas məc­li­sə­rin­də is­raf­çı­lıq baş ver­mir. İs­ra­fın qar­şı­sı alı­nıb. Bu nü­mu­nə di­gər böl­gə­lər­də də tət­biq olun­ma­lı­dır. Be­lə bir qay­da və­fat et­miş şəx­sin ya­xı­nı tə­rə­fin­dən tət­biq olun­sa, həm Al­lah rı­za­sı­na, həm də döv­lə­tin mil­li ma­raq­la­rı­na uy­ğun gə­lər”.
Nax­çı­van­da qə­bi­ris­tan­lıq­lar­da mə­zar­la­rın də­mir çə­pər­lə­ri­nin və­fat et­miş şəx­sin ya­xın­la­rı tə­rə­fin­dən sö­kül­mə­si­ni S.C.Əzim­bəy­li müs­bət də­yər­lən­dir­di. Onun fik­rin­cə, be­lə bir iş və­fat et­miş şəx­sin ya­xın­la­rı­nın xey­ri­nə olan mü­tə­rəq­qi bir ad­dım­dır:

“Hə­min böl­gə­nin mə­zar yer­lə­rin­də sə­li­qə-sah­man ya­ra­dı­lır. Nax­çı­van əha­li­si­nin öz­lə­ri­nin be­lə bir tə­şəb­büs gös­tər­mə­si se­vin­di­ri­ci­dir. İn­san­lar doğ­ma­la­rı­nın mə­zar­la­rı­nı kol-kos­dan tə­miz­lə­yə­cək. Ora­da olan bü­tün qə­bir­lər ey­ni öl­çü­də ola­caq. Bəl­li­dir ki, qə­bir­lə­rin və qə­bi­rüs­tü abi­də­lə­rin müx­tə­lif for­ma­lar­da, iri həcmdə ol­ma­sı, de­mək olar ki, ək­sər böl­gə­lər­də dəb­dir. Bü­tün qə­bir­lə­rin ey­ni, stan­dart öl­çü­də ol­ma­sı təq­di­rə­la­yiq­dir. Zən­nim­cə, ana­lo­ji ad­dım öl­kə­nin bü­tün böl­gə­lə­rin­də tət­biq olun­ma­lı­dır”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın