Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Siyasət / Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zaman Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Rusiya sülhməramlılarının səyləri sayəsində regionda vəziyyətin stabil və sakit olaraq qaldığı qeyd olunub.
Energetika sahəsi daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzularına dair fikir mübadiləsi aparılıb.
Paşinyan iyun ayında keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi Ermənistanda daxili siyasi vəziyyət barədə Putini məlumatlandırıb.

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …